Tapılan ümumi test sayı : 27

Bu gələn haralıdı?
Dağların maralıdı.
Gəl könlümü qırma sən, 
Ürəyim yaralıdı.
Nümunədə neçə mənsubiyyət şəkilçisi işlənib?
A) üç
B) bir
C) dörd
D) beş
E) iki
Hansı sıradakı bütün sözlər eyniköklüdür?
A) yağış, yağlamaq, yağlayır
B) gözlük, gözətçi, gözləmək
C) istək, istəyir, isti
D) ürəkdən, ürəyi, ürəyə
E) aldı, alır, almışdır
Hansı cərgə omonim sözlərdən ibarətdir?
A) tut, qaz, al, bal
B) qovurma, dolma, səma
C) kömək, qabaq, qax, kağız
D) bölgə, alma, çəkmə, bölmə
E) baş, göz, bel
Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır:
A) - Ay arvad,nəyin va, gətir görək, acmışıq.
B) - Pəh, bu mənim işimdir, xanım!
C) - Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan?!
D) - Vay, dədəm, vay, bu nə danışır?!
E) - A, gədə, Kərim, sənin mənim bağımda nə işin var?
Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğ əvəzlənməsi baş vermir?
A) torpaq
B) ocaq
C) Natiq
D) yarpaq
E) qatıq
"Nöqsan" sözünün fonetiktəhlilində səhv hansı  mərhələdə buraxılmışdır?
A) İki hecalıdır (nöq-san).
B) [n] və [q] cingiltili, [s] kar samitdir.
C)
[ö] incə,dodaqlanan; [a] qalın,dodaqlanmayan saitdir.
D) 6 səsdən və 6 hərfdən ibarətdir.
E) Vurğu 2-ci hecaya düşür.
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) ehtiram
B) mübarizə
C) qaranquş
D) südabə
E) qalib
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top