Tapılan ümumi test sayı : 27

H.Cavidin "İblis" əsərində Arifin faciəsinin əsas səbəbi:
A) hakimlərin zülmü, ədalətsizlik
B) cəmiyyətin siyasi sistemindəki çatışmazlıqlar
C) dini mövhumat və fanatizm
D) köhnə adət-ən`ənələr
E) təbiətindəki çirkin, alçaq ehtirasları boğa bilməməsi
Ailə-məişət problemlərini geniş epik lövhələrlə əks etdirən nəzm əsəri hansıdır?
A) S.Rüstəm "Ana və poçtalyon"
B) R.Rza "Qızılgül olmayaydı"
C) H.Cavid "Səyavuş"
D) C.Cabbarlı "Solğun çiçəklər"
E) S.Vurğun "Aygün"
"Molla Nəsrəddin" jurnalını sevdirən, məşhurlaşdıran səbəblərdən biri səhvdir:
A) Onun tənqid hədəfi böyük ictimai qüsurlar idi.
B) Jurnalın ətrafında dövrün ən qüdrətli qələm sahibləri toplaşmışdı.
C) Jurnal fəaliyyəti müddətində həyat həqiqətinə həmişə sadiq qalmışdır.
D) Senzura zəif olduğundan hökumət nümayəndələri jurnalın məzmunundan xəbərsiz idilər.
E) Müasirlik, aktuallıq jurnalın əsas ruhunu təşkil edirdi.
A. Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazehin yaradıcılığı üçün ortaq cəhət hansıdır?
A) Realist-maarifçi ədəbi cərəyanın nümayəndəsi olmaları
B) Xalq ədəbiyyatından və  aşıq şe`rindən geniş istifadə etmələri
C) Yaradıcılıqlarında romantik üslubda əsərlərə geniş yer verilməsi
D) Klassik üslubda şe`r yazmaları
E) Çar hakimlərinin zülmü əleyhinə mübarizə mövzusu
N.Vəzirovun "Müsibəti Fəxrəddin" əsəri ilə bağlı düzgün fikirləri seçin:
1. Azərbaycan ədbiyyatı tarixində ilk faciədir.
2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.
3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.
4. Sujeti iki mülkədar    ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.
5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.
A) 2, 3, 4
B) 1, 4, 5
C) 1, 3, 4
D) 2, 4, 5
E) 1, 2, 3
Füzulinin "Məni candan usandırdı..."
qəzəlindən verilmiş aşağıdakı beyt haqqındakı fikirlərdən hansı səhvdir?
"Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"
A) Beytdə daxili qafiyələr vardır.
B) Beytdə mübaliğə işlədilmişdir.
C) Beytdə bədii sualdan istifadə olunmuşdur.
D) Qəzəlin mətlə beytidir.
E) Beytdə aşiq özünü gecələr yanan şama bənzətmişdir.
Bu əsərlərdən birində ədaətli hökmdar ideyası əsas yer tutur:
A) Nizami "Leyli və Məcnun"
B) Xətai "Dəhnamə"
C) Füzuli "Şikayətnamə"
D) Nizami "Yeddi gözəl"
E) Məsihi "Vərqa və Gülşa"
"Hey, ana! Ərəbi atlar olan yerdə
Bir qulunu olmazmı olur?
Qızıl dəvələr olan yerdə
Bir köşəyi olmazmı olur?
Ağca qoyunlar olan yerdə
Bir quzusu olmazmı olur?" - sözlərini "Kitabi-Dədə Qorqud" dastanının hansı qəhrəmanı deyir?
A) Qaraca Çoban
B) Salur Qazan
C) Qaragünə oğlu Qarabudaq
D) Uruz
E) Dəli Dondar
Əzizim bağda dara,
Zülfünü bağda dara.
Bülbülü güldən ötrü,
Çəkdilər bağda dara.
Bayatıda daxili bölgünü göstərin:
A) 4-3
B) 3-2-2
C) 3-4
D) 5-2
E) 2-5
Bayatıda hansı bədii ifadə vasitəsi işlədilmişdir?
Mən aşiqəm sal yana,
Dara zülfün, sal yana.
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana.
A) bənzətmə
B) mübaliğə
C) metafora
D) epitet
E) litota
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər hansı cümlələrdə verilmişdir?
1. O, bə`zi vaxtlarda ailəsini, hətta özünü belə unudardı.
2. İcazə ver, bircə piyalə su için, susuzluğumu söndürüm.
3. Hava təmizlənmişdi, Kürün qıjıltısından başqa, heç nə eşidilmirdi.
4. Hamı, o cümlədən ustə Ramazanla Vasilyev də ovqatı təlx dayanmışdılar.
5. Zabit öz sualını inadla təkrar eləyəndə Abuzər bəy cavab verməyə məcbur oldu.
A) 1, 4
B) 1, 3
C) 1, 2, 5
D) 3, 4
E) 2, 5
"Kim ki öyrənməyi ar bilmir, sudan dürr, daşdan gövhər çıxarır" tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) təyin budaq cümləsi
B) şərt budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) mübtəda budaq cümləsi
"Biz zamanlar anam onu - kiçik oğlunu çox əzizləyirdi" cümləsində hansı cümlə üzvünün əlavəsi var?
A) tə`yinin
B) zərfliyin
C) xəbərin
D) tamamlığın
E) mübtədanın
"Xaqaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bir hadisə kimi qiymətləndirmişdir" cümləsində III növ ismi birləşmə hansı cümlə üzvü rolunda çıxış edir?
A) mübtəda
B) xəbər
C) zərflik
D) tə`yin
E) tamamlıq
Tabesizlik əlaqəsi ilə bağlananlar hansılardır?
A) xəbərlə zərflik
B) mübtəda ilə xəbər
C) təyinlə mübtəda
D) xəbərlə tamamlıq
E) həmcins üzvlər
Hansı cümlədə "düz" sözü "birbaşa" zərfinin sinonimidir?
A) Əhməd dəftərə düz xətt çəkdi.
B) Bir düz söylə görək nə hadisə baş verib?
C) Bir kəpənək hardansa gəlib, düz çiçəyin üstünə qondu.
D) Son zamanlar nəsə işi düz gətirmirdi.
E) Anası düz deyirdi.
"Başqa, qeyri, savayı, özgə" qoşmalarının mə`na növünü göstərin:
A) birgəlik
B) səbəb-məqsəd
C) zaman
D) fərqlənmə
E) məsafə
Zərflə sifətin oxşar əlamətləri kimi verilmiş cəhətlərdən biri yanlışdır:
A) Hər ikisi həm əşyaya, həm də hərəkətə aid olur.
B) Hər ikisi cümlə üzvü kimi çıxış edir.
C) Hər ikisi əsas nitq hissəsidir.
D) Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
E) Hər ikisi  necə? nə cür? suallarına cavab verir.
Cümlələrin birində birgəlik növdə olan fe`l vardır:
A) Bu səhnəni görən tamaşaçılar gülüşdülər.
B) Bu, çox maraqlı yarış idi.
C) Biz yazıçılara görüşə getdik.
D) O, Türkiyədəki dostu ilə yazışırdı.
E) Geoloqların tonqalı çoxdan alınmışdı.
İsimlə sifətin birləşməsindən düzələn mürəkkəb sifətlərin cərgəsini  göstərin:
A) çoxmərtəbəli, xoşqədəm
B) tünd-mavi, elmi-fantastik
C) qaraqaş, şirindilli
D) dilişirin, qəlbitəmiz
E) ala-yarımçıq, yaşıl-qırmızı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top