Tapılan ümumi test sayı : 27

Bu gələn haralıdı?
Dağların maralıdı.
Gəl könlümü qırma sən, 
Ürəyim yaralıdı.
Nümunədə neçə mənsubiyyət şəkilçisi işlənib?
A) bir
B) iki
C) dörd
D) beş
E) üç
Hansı sıradakı bütün sözlər eyniköklüdür?
A) ürəkdən, ürəyi, ürəyə
B) gözlük, gözətçi, gözləmək
C) yağış, yağlamaq, yağlayır
D) aldı, alır, almışdır
E) istək, istəyir, isti
Hansı cərgə omonim sözlərdən ibarətdir?
A) qovurma, dolma, səma
B) baş, göz, bel
C) bölgə, alma, çəkmə, bölmə
D) kömək, qabaq, qax, kağız
E) tut, qaz, al, bal
Cümlələrin birində nidadan sonra vergül qoyulmamalıdır:
A) - Vay, dədəm, vay, bu nə danışır?!
B) - Ay arvad,nəyin va, gətir görək, acmışıq.
C) - Pəh, bu mənim işimdir, xanım!
D) - A, gədə, Kərim, sənin mənim bağımda nə işin var?
E) - Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan?!
Saitlə başlanan şəkilçi artırdıqda hansı sözdə q-ğ əvəzlənməsi baş vermir?
A) ocaq
B) torpaq
C) Natiq
D) qatıq
E) yarpaq
"Nöqsan" sözünün fonetiktəhlilində səhv hansı  mərhələdə buraxılmışdır?
A) [n] və [q] cingiltili, [s] kar samitdir.
B) 6 səsdən və 6 hərfdən ibarətdir.
C)
[ö] incə,dodaqlanan; [a] qalın,dodaqlanmayan saitdir.
D) İki hecalıdır (nöq-san).
E) Vurğu 2-ci hecaya düşür.
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) ehtiram
B) qaranquş
C) qalib
D) mübarizə
E) südabə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top