Tapılan ümumi test sayı : 27

S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Şəfqət bacısı"
B) "Qızıl şahinlər"
C) "Zəncinin arzuları"
D) "Mənə belə söylədilər..."
E) "Ananın öyüdü"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) C.Məmmədquluzadə
B) İ.Əfəndiyev
C) M.İbrahimov
D) M.Hüseyn
E) C.Cabbarlı
" ..... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni çəkir başına"
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) İzzət
B) Şərəf
C) Zəhrabəyim
D) Zeynəb
E) Gülbahar
N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Mahmudun ölümü səhnəsində
B) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
C) Oğlu Mahmudla söhbət səhnəsində
D) Fəxrəddinin ölümü səhnəsində
E) Qızı Səadət xanımla söhbət səhnəsində
M.F.Axundovun "Hekayəti-müsyö Jordon həkimi - nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Təhsilini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
B) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
C) XIX əsr Azərbaycan ədəbiyytında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
D) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
E) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ən`ənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Söz"
C) "Padişahi-mülk"
D) "Leyli və Məcnun"
E) "Şikayətnamə"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxslun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Hörmüz
B) Bəhram
C) İsgəndər
D) Xosrov
E) Məhinbanu
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) peyzaj
B) epiloq
C) epiqraf
D) portret
E) proloq
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət , çıxardığı nəticə, oxuyucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) kompozisiya
B) zavyazka
C) ekspozisiya
D) ideya
E) mövzu
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                         2. Bayatı                                3. Qəzəl
4. Layla                                   5. Mərsiyə                              6. Ağı
7. Rübai
A) 1, 3, 7
B) 1, 2, 6
C) 3, 5, 6
D) 4, 6, 7
E) 2, 4, 6
Şəxssiz cümləni göstərin:
A) Bahar fəslini hamı sevir.
B) El bilir ki, sən mənimsən.
C) Səlimin məsələsinə baxıldı.
D) Poçtalyon bir söz demədi.                      
E) Çox oxuyan çox bilər.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) xəbər budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) səbəb budaq cümləsi
E) tə`yin budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin
A) Biz kənddə yaşayırıq.
B) Zərifə qabaqcıl şagirddir.
C) Mənim bacım həkimdir.
D) Həyat bizi sınayır.
E) Hamı susmuşdu.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın.
A) mlumatın mənbəyi
B) burada ara söz yoxdur.
C) nəticə fikrin sırası
D) güman və şübhə
E) yəqinlik
"Yuxarı" sözü cümlələrdən birində tə`yin kimi işlənmişdir:
A) Alpinist yuxarı qalxırdı.
B) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
C) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
D) Onların evi bizdən yuxarıdadır.
E) Yuxarı - bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
Hanssı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmalıdır?
A) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
B) O mahir ovçudur.
C) O yaxşı ad qazanıb.
D) O uşaq bağçasında işləyir.
E) Bu gün o da şəhərə yola düşür.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) yavaş-yavaş
B) uzunsaç
C) dost-tanış
D) acıdil
E) üzüyumşaq
Hansı fe`l şərt şəklinin hekayəsində işlənib?
A) gələsi idi
B) gəlsə imiş
C) gəlməli imiş
D) gəlsə idi
E) gəlməli idisə
Qüvətləndirici ədatların cərgəsini tapın.
A) -mı4, bəs, yə`ni
B) yalnız, ancaq, bəs
C) ən, daha, lap
D) ki, təkcə, axı
E) gəl, məgər, axı
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) Qız cəld mətbəxə girdi.
B) Hava birdən tutuldu.
C) İstidən nəfəs almaq olmurdu.
D) Şəhərdə havalar istidir.
E) Yayda kəndə gələrsən.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top