Tapılan ümumi test sayı : 27

Sifətdən düzəlmiş feli tapın:
A) yanaşmaq
B) kəsilmək
C) ağıllanmaq
D) bağlamaq
E) gözəlləşmək
Düzəltmə sözlərin cərgəsini göstərin:
A) cəsur, igidlik, mərdlik
B) əlüzyuyan, qaratoyuq, incəbel
C) yazı, qovurma, əkin
D) günəbaxan, susuz, tarla
E) istedad, qabiliyyət, həvəs
Sözlərdən hansı çoxmə`nalıdır?
A) divar
B) dəniz
C) ağız
D) neft
E) köynək
Terminlərdən ibarət olan cərgəni müəyyənləşdirin:
A) dərs, şənbə, bölmə
B) samit, isim, mübtəda
C) qılınc, hava, mismar
D) biçənək, bulaq, tüstü
E) su, çörək, çinar
Hansı hecada vurğu birinci hecaya düşür?
A) uzun
B) işarə
C) tədbir
D) opera
E) Sabir
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [mətbəə]
B) [Səyidə]
C) [radiyo]
D) [bədi:]
E) [lə:nət]
Yalnız dodaqlanmayan saitlərdən ibarət olan cərgəni göstərin:
A) o, u, ö, ü
B) a, ı, ə, e, i
C) a, ı, o, u
D) ə, i, ö, ü
E) a, ı, u, ü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top