Tapılan ümumi test sayı : 27

S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Ananın öyüdü"
B) "Zəncinin arzuları"
C) "Qızıl şahinlər"
D) "Şəfqət bacısı"
E) "Mənə belə söylədilər..."
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) C.Cabbarlı
B) M.Hüseyn
C) M.İbrahimov
D) C.Məmmədquluzadə
E) İ.Əfəndiyev
" ..... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni çəkir başına"
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) İzzət
B) Zeynəb
C) Zəhrabəyim
D) Gülbahar
E) Şərəf
N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, etdiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Qızı Səadət xanımla söhbət səhnəsində
B) Oğlu Mahmudla söhbət səhnəsində
C) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
D) Mahmudun ölümü səhnəsində
E) Fəxrəddinin ölümü səhnəsində
M.F.Axundovun "Hekayəti-müsyö Jordon həkimi - nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
B) XIX əsr Azərbaycan ədəbiyytında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
C) Təhsilini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
D) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
E) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ən`ənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Söz"
B) "Padişahi-mülk"
C) "Məni candan usandırdı"
D) "Şikayətnamə"
E) "Leyli və Məcnun"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxslun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Məhinbanu
B) Xosrov
C) Bəhram
D) Hörmüz
E) İsgəndər
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiqraf
B) proloq
C) epiloq
D) peyzaj
E) portret
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət , çıxardığı nəticə, oxuyucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) zavyazka
B) ekspozisiya
C) kompozisiya
D) mövzu
E) ideya
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                         2. Bayatı                                3. Qəzəl
4. Layla                                   5. Mərsiyə                              6. Ağı
7. Rübai
A) 3, 5, 6
B) 1, 2, 6
C) 4, 6, 7
D) 1, 3, 7
E) 2, 4, 6
Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) Çox oxuyan çox bilər.
C) Bahar fəslini hamı sevir.
D) El bilir ki, sən mənimsən.
E) Poçtalyon bir söz demədi.                      
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) xəbər budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) səbəb budaq cümləsi
E) tə`yin budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin
A) Həyat bizi sınayır.
B) Hamı susmuşdu.
C) Mənim bacım həkimdir.
D) Zərifə qabaqcıl şagirddir.
E) Biz kənddə yaşayırıq.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın.
A) yəqinlik
B) nəticə fikrin sırası
C) güman və şübhə
D) burada ara söz yoxdur.
E) mlumatın mənbəyi
"Yuxarı" sözü cümlələrdən birində tə`yin kimi işlənmişdir:
A) Onların evi bizdən yuxarıdadır.
B) Alpinist yuxarı qalxırdı.
C) Yuxarı - bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
D) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
E) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
Hanssı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmalıdır?
A) O yaxşı ad qazanıb.
B) O uşaq bağçasında işləyir.
C) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
D) Bu gün o da şəhərə yola düşür.
E) O mahir ovçudur.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) uzunsaç
B) yavaş-yavaş
C) acıdil
D) üzüyumşaq
E) dost-tanış
Hansı fe`l şərt şəklinin hekayəsində işlənib?
A) gəlməli imiş
B) gələsi idi
C) gəlsə idi
D) gəlməli idisə
E) gəlsə imiş
Qüvətləndirici ədatların cərgəsini tapın.
A) ən, daha, lap
B) yalnız, ancaq, bəs
C) ki, təkcə, axı
D) gəl, məgər, axı
E) -mı4, bəs, yə`ni
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) İstidən nəfəs almaq olmurdu.
B) Hava birdən tutuldu.
C) Şəhərdə havalar istidir.
D) Qız cəld mətbəxə girdi.
E) Yayda kəndə gələrsən.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top