Tapılan ümumi test sayı : 55
1)
Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
Xəta bildir
A)
mövzu
B)
zavyazka
C)
kompozisiya
D)
ideya
E)
ekspozisiya
2)
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
Xəta bildir
A)
epiloq
B)
peyzaj
C)
epiqraf
D)
portret
E)
proloq
3)
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
Xəta bildir
A)
"Şəfqət bacısı"
B)
"Mənə belə söylədilər..."
C)
"Qızıl şahinlər"
D)
"Ananın öyüdü"
E)
"Zəncinin arzuları"
4)
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
Xəta bildir
A)
İ.Əfəndiyev
B)
C.Cabbarlı
C)
C.Məmmədquluzadə
D)
M.İbrahimov
E)
M.Hüseyin
5)
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
Xəta bildir
A)
Hörmüz
B)
İsgəndər
C)
Xosrov
D)
Bəhram
E)
Məhinbanu
6)
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
Xəta bildir
A)
"Məni candan usandırdı"
B)
"Şikayətnamə"
C)
"Padişahi-mülk"
D)
"Söz"
E)
"Leyli və Məcnun"
7)
N.Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, ettiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
Xəta bildir
A)
Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
B)
Qızı Səadət xanımla söhbət səhnəsində
C)
Oğlu Mahmudla söhbət səhnəsində
D)
Fəxrəddinin ölümü səhnəsində
E)
Mahmudun ölümü səhnəsində
8)
".... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni şəkir başına".
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
Xəta bildir
A)
Şərəf
B)
Zeynəb
C)
İzzət
D)
Zəhrabəyim
E)
Gülbahar
9)
M.F.Axundovun "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Təhsini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
B)
Kənddə xəstəxana, məktəb açamaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C)
Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
D)
XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E)
Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
10)
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs 2. Bayatı 3. Qəzəl
4. Layla 5. Mərsiyə 6. Ağı
7. Rübai
Xəta bildir
A)
1, 3, 7
B)
4, 6, 7
C)
3, 5, 6
D)
1, 2, 6
E)
2, 4, 6
A)
El bilir ki, sən mənimsən.
B)
Poçtalyon bir söz demədi.
C)
Səlimin məsələsinə baxıldı.
D)
Çox oxuyan çox bilər.
E)
Bahar fəslini hamı sevir.
12)
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
Xəta bildir
A)
təyin budaq cümləsi
B)
xəbər budaq cümləsi
C)
səbəb budaq cümləsi
D)
tamamlıq budaq cümləsi
E)
mübtəda budaq cümləsi
13)
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin:
Xəta bildir
A)
Biz kənddə yaşayırıq.
B)
Həyat bizi sınayır.
C)
Zərifə qabaqcıl şagirddir.
D)
Hamı susmuşdu.
E)
Mənim bacım həkimdir.
14)
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın:
Xəta bildir
A)
nəticə və fikrin sırası
B)
məlumatın mənbəyi
C)
güman və şübhə
D)
burada ara söz yoxdur.
E)
yəqinlik
15)
"Yuxarı" sözü cümlələrdən birində təyin kimi işlənmişdir:
Xəta bildir
A)
Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
B)
Onların evi bizdən yuxarıdadır.
C)
O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
D)
Alpinist yuxarı qalxırdı.
E)
Yuxarı-bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
16)
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
Xəta bildir
A)
O yaxşı ad qazanıb.
B)
O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
C)
O mahir ovçudur.
D)
Bu gün o da şəhərə yola düşür.
E)
O uşaq bağçasında işləyir.
17)
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
Xəta bildir
A)
acıdil
B)
uzunsaç
C)
üzüyumşaq
D)
dost-tanış
E)
yavaş-yavaş
18)
Hansı fel şərt şəklinin hekayəsində işlənib?
Xəta bildir
A)
gələsi idi
B)
gəlsə idi
C)
gəlməli imiş
D)
gəlsə imiş
E)
gəlməli idisə
19)
Qüvvətləndirici ədatların cərgəsini tapın:
Xəta bildir
A)
-mı4 , bəs, yəni
B)
gəl, məgər, axı
C)
ən, daha, lap
D)
ki, təkcə, axı
E)
yalnız, ancaq, bəs
20)
Verilmiş cümlələrdən hansında zərf yoxdur?
Xəta bildir
A)
Qız cəld mətbəxə girdi.
B)
İstidən nəfəs almaq olmurdu.
C)
Yayda kəndə gələrsən.
D)
Hava birdən tutuldu.
E)
Şəhərdə havalar istidir.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab