Tapılan ümumi test sayı : 55

Şəxssiz cümləni göstərin:
A) Çox oxuyan çox bilər.
B) Səlimin məsələsinə baxıldı.
C) Bahar fəslini hamı sevir.
D) El bilir ki, sən mənimsən.
E) Poçtalyon bir söz demədi.
"Var olsun şerimizin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) feli sifətlə
B) III növ ismi birləşmə ilə
C) II növ ismi birləşmə ilə
D) sifətlə
E) isimlə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birləşmək
B) birlik
C) birdən
D) birgə
E) çoxlu
Sifətdən düzəlmiş feli tapın:
A) çoxalmaq
B) ağıllanmaq
C) bağlamaq
D) gözəlləşmək
E) kəsilmək
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
B) O uşaq bağçasında işləyir.
C) Bu gün o da şəhərə yola düşür.
D) O yaxşı ad qazanıb.
E) O mahir ovçudur.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) fərqlənmə
B) bənzətmə
C) səbəb
D) məsafə
E) birgəlik
Yer zərfi olan cümləni göstərin:
A) Biz dəniz kənarına getdik.
B) Biz geri döndük.
C) Ağacalrın kölgəsində uşaqlar oynayırdılar.
D) Gəmi limandan aralandı.
E) Qağayılar ləpələrin üstündə uçuşurdular.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -lar2
B) -acaq2
C) -ar2
D) -ıl4
E) -ır4
İki müxtəlif mənalı sözün birləşməsi ilə yaranan mürəkkəb sözü göstərin.
A) yorğan-döşək
B) tez-tez
C) ayaqqabı
D) gec-tez
E) oğul-uşaq
Sözlərdən hansı çoxmənalıdır?
A) köynək
B) divar
C) neft
D) ağız
E) dəniz
Sinonim sözlərin cərgəsini göstərin:
A) girdə, gödək, gövdəli
B) balaca, dolğun, sısqa
C) gödək, qısa, alçaq
D) gödək, alçaq, girdə
E) girdə, yumru, balaca
Hansı say yazılışından fərqli tələffüz edilir?
A) bir
B) altı
C) on iki
D) doqquz
E) beş
Yazılışında səhvə yol verilmiş sözü göstərin:
A) hakimin mövqeyi
B) çayın mənbəsi
C) xalqın mənafeyi
D) onun taleyi
E) qumbaranın qəlpəsi
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) yalnız, yalqız, sapsarı
B) qalstuk, bomboz, sarımtıl
C) opera, gömgöy, qapqara
D) kimya, tarix, ədəbiyyat
E) traktor, orden, medal
Qalın saitli sözlərin cərgəsini göstərin:
A) dərin, maşın, oyun
B) sərin, süzmə, görüş
C) baba, quzu, qış
D) üzüm, qoşun, sakit
E) tütək, ağac, əmi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top