Tapılan ümumi test sayı : 55

Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) zavyazka
B) mövzu
C) kompozisiya
D) ekspozisiya
E) ideya
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiloq
B) proloq
C) portret
D) peyzaj
E) epiqraf
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Qızıl şahinlər"
B) "Ananın öyüdü"
C) "Zəncinin arzuları"
D) "Mənə belə söylədilər..."
E) "Şəfqət bacısı"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) M.İbrahimov
B) İ.Əfəndiyev
C) C.Cabbarlı
D) C.Məmmədquluzadə
E) M.Hüseyin
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Bəhram
B) Hörmüz
C) Xosrov
D) Məhinbanu
E) İsgəndər
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Söz"
B) "Şikayətnamə"
C) "Leyli və Məcnun"
D) "Padişahi-mülk"
E) "Məni candan usandırdı"
N.Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, ettiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Mahmudun ölümü səhnəsində
B) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
C) Fəxrəddinin ölümü səhnəsində
D) Qızı Səadət xanımla söhbət səhnəsində
E) Oğlu Mahmudla söhbət səhnəsində
".... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni şəkir başına".
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) Şərəf
B) İzzət
C) Zəhrabəyim
D) Zeynəb
E) Gülbahar
M.F.Axundovun "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
B) Təhsini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
C) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
D) Kənddə xəstəxana, məktəb açamaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
E) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                          2. Bayatı                                    3. Qəzəl
4. Layla                                    5. Mərsiyə                                  6. Ağı
7. Rübai
A) 4, 6, 7
B) 1, 3, 7
C) 2, 4, 6
D) 3, 5, 6
E) 1, 2, 6
Şəxssiz cümləni göstərin:
A) Çox oxuyan çox bilər.
B) Bahar fəslini hamı sevir.
C) Poçtalyon bir söz demədi.
D) Səlimin məsələsinə baxıldı.
E) El bilir ki, sən mənimsən.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) mübtəda budaq cümləsi
B) xəbər budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) səbəb budaq cümləsi
E) təyin budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin:
A) Mənim bacım həkimdir.
B) Biz kənddə yaşayırıq.
C) Həyat bizi sınayır.
D) Zərifə qabaqcıl şagirddir.
E) Hamı susmuşdu.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın:
A) güman və şübhə
B) məlumatın mənbəyi
C) burada ara söz yoxdur.
D) yəqinlik
E) nəticə və fikrin sırası
"Yuxarı" sözü cümlələrdən birində təyin kimi işlənmişdir:
A) Alpinist yuxarı qalxırdı.
B) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
C) Onların evi bizdən yuxarıdadır.
D) Yuxarı-bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
E) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O yaxşı ad qazanıb.
B) Bu gün o da şəhərə yola düşür.
C) O mahir ovçudur.
D) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
E) O uşaq bağçasında işləyir.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan  mürəkkəb ismi göstərin:
A) acıdil
B) yavaş-yavaş
C) üzüyumşaq
D) dost-tanış
E) uzunsaç
Hansı fel şərt şəklinin hekayəsində işlənib?
A) gəlməli idisə
B) gələsi idi
C) gəlməli imiş
D) gəlsə imiş
E) gəlsə idi
Qüvvətləndirici ədatların cərgəsini tapın:
A) -mı4, bəs, yəni
B) ki, təkcə, axı
C) gəl, məgər, axı
D) ən, daha, lap
E) yalnız, ancaq, bəs
Verilmiş cümlələrdən hansında zərf yoxdur?
A) Hava birdən tutuldu.
B) İstidən nəfəs almaq olmurdu.
C) Şəhərdə havalar istidir.
D) Yayda kəndə gələrsən.
E) Qız cəld mətbəxə girdi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top