Tapılan ümumi test sayı : 55

Sifətdən düzəlmiş feli tapın:
A) gözəlləşmək
B) çoxalmaq
C) ağıllanmaq
D) bağlamaq
E) kəsilmək
Düzəltmə sözlərin cərgəsini göstərin:
A) istedad, qabiliyyət, həvəs
B) yazı, qovurma, əkin
C) əlüzyuyan, qaratoyuq, incəbel
D) cəsur, igidlik, mərdlik
E) günəbaxan, susuz, tarla
Sözlərdən hansı çoxmənalıdır?
A) ağız
B) divar
C) köynək
D) dəniz
E) neft
Terminlərdən ibarət olan cərgəni müəyyənləşdirin:
A) samit, isim, mübtəda
B) dərs, şənbə, bölmə
C) biçənək, bulaq, tüstü
D) su, çörək, çinar
E) qılınc, hava, mismar
Hansı sözdə vurğu birinci hecaya düşür?
A) tədbir
B) işarə
C) uzun
D) Sabir
E) opera
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [lə:nət]
B) [radiyo]
C) [mətbəə]
D) [bədi:]
E) [Səyidə]
Yalnız dodaqlanmayan saitlərdən ibarət olan cərgəni göstərin:
A) o, u, ö, ü
B) ə, i, ö, ü
C) a, ı, o, u
D) a, ı, ə, e, i
E) a, ı, ü, u
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) Ə.Haqverdiyev
B) C.Cabbarlı
C) S.S.Axundov
D) İ.Əfəndiyev
E) M.İbrahimov
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "İblisin İntiqamı"
B) "Maral"
C) "Topal Teymur"
D) "İblis"
E) "Ana"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
B) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
C) Ailəcanlıdır, övladlarını sevir.
D) Xain, ikiüzlü, qəddar admdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
E) Məzlumların, yoxsulların qayğısına qalır.
M.F.Axundovun ilk dram əsəri:
A) "Müsyö Jordan və dərviş Məstəli şah"
B) "Sərgüzəşti-mərdi-xəsis"
C) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Mürafiə vəkillərinin  hekayəti"
A.Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
B) savadsız müəllimlər din xadimləri
C) yalançı kimyagər və münəccimlər
D) xalqı soyan, talayan mülkədarlar
E) xalqı cəhalətdə saxlayan hakimlər
Hansı əsər Xaqaninin deyil?
A) "Qəsideyi-şiniyyə"
B) "Mədain xərabələri"
C) "Töhfətül-İraqeyn"
D) "Şikayətnamə"
E) "Həbsiyyə"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Şikayətnamə"
B) "Padişahi-mülk..."
C) "Söz"
D) "Məni candan usandırdı"
E) "Leyli və Məcnun"
Epik növə daxil olmayan ədəbi janr:
A) povest
B) hekayə
C) nağıl
D) qitə
E) təmsil
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) peyzaj
C) epiqraf
D) proloq
E) portret
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) əfsanə
B) lətifə
C) nağıl
D) dastan
E) bayatı
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim- dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 1, 2
B) 1, 4
C) 3, 5
D) 4, 5
E) 2, 4
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Bir onun səliqəsini görəsən!
B) Bu işləri vaxtında görərsən.
C) Görəsən, Eldarın işi düzəldimi?
D) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
E) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
Yalnız III növ ismi birləşmələrdən ibarət olan cərgəni göstərin:
A) yolun yarısı, küçənin ortası, şirin su
B) kəndin yolu, şəhərin küçələri, evin damı
C) dərin quyu, bizim ellər, yerin oxu
D) yorğun adam, süzgün baxış, nəğmə səsi
E) kənd yolu, şəhər küçəsi, ev damı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top