Tapılan ümumi test sayı : 55

Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) El bilir ki, sən mənimsən.
C) Poçtalyon bir söz demədi.
D) Çox oxuyan çox bilər.
E) Bahar fəslini hamı sevir.
"Var olsun şerimizin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) III növ ismi birləşmə ilə
B) feli sifətlə
C) isimlə
D) II növ ismi birləşmə ilə
E) sifətlə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birləşmək
C) birgə
D) çoxlu
E) birlik
Sifətdən düzəlmiş feli tapın:
A) bağlamaq
B) çoxalmaq
C) ağıllanmaq
D) kəsilmək
E) gözəlləşmək
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
B) Bu gün o da şəhərə yola düşür.
C) O yaxşı ad qazanıb.
D) O uşaq bağçasında işləyir.
E) O mahir ovçudur.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) məsafə
B) səbəb
C) fərqlənmə
D) bənzətmə
E) birgəlik
Yer zərfi olan cümləni göstərin:
A) Qağayılar ləpələrin üstündə uçuşurdular.
B) Biz geri döndük.
C) Ağacalrın kölgəsində uşaqlar oynayırdılar.
D) Biz dəniz kənarına getdik.
E) Gəmi limandan aralandı.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -ıl4
B) -acaq2
C) -ır4
D) -lar2
E) -ar2
İki müxtəlif mənalı sözün birləşməsi ilə yaranan mürəkkəb sözü göstərin.
A) yorğan-döşək
B) tez-tez
C) oğul-uşaq
D) ayaqqabı
E) gec-tez
Sözlərdən hansı çoxmənalıdır?
A) köynək
B) dəniz
C) divar
D) ağız
E) neft
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, alçaq, girdə
B) girdə, yumru, balaca
C) girdə, gödək, gövdəli
D) gödək, qısa, alçaq
E) balaca, dolğun, sısqa
Hansı say yazılışından fərqli tələffüz edilir?
A) beş
B) altı
C) bir
D) doqquz
E) on iki
Yazılışında səhvə yol verilmiş sözü göstərin:
A) hakimin mövqeyi
B) xalqın mənafeyi
C) onun taleyi
D) çayın mənbəsi
E) qumbaranın qəlpəsi
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) kimya, tarix, ədəbiyyat
B) traktor, orden, medal
C) yalnız, yalqız, sapsarı
D) qalstuk, bomboz, sarımtıl
E) opera, gömgöy, qapqara
Qalın saitli sözlərin cərgəsini göstərin:
A) baba, quzu, qış
B) tütək, ağac, əmi
C) dərin, maşın, oyun
D) üzüm, qoşun, sakit
E) sərin, süzmə, görüş
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top