Tapılan ümumi test sayı : 28

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) C.Cabbarlı
B) Ə.Haqverdiyev
C) S.S.Axundov
D) M.İbrahimov
E) İ.Əfəndiyev
Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy  bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Aygünü
B) Şəfiqəni
C) Elyarı
D) Əmirxanı
E) Neməti
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
B) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
C) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
D) Ailəcanlıdır, övladlarını sevir.
E) Məzlumların, yoxsulların qayğısına qalır.
A.Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) yalançı kimyagər və münəccimlər
B) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
C) xalqı soyan, talayan mülkədarlar
D) xalqı cəhalətdə saxlayan hakimlər
E) savadsız müəllimlər, din xadimləri
M.F.Axundovun ilk dram əsəri:
A) "Mürafiə vəkillərinin hekayəti"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Sərgüzəşti-mərdi-xəsis"
D) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
E) "Müsyö Jordon və dərviş Məstəli şah"
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
B) Bu işləri vaxtında görərsən.
C) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
D) Bir onun səliqəsini görəsən!
E) Görəsən, Eldarın işi düzəldimi?
Hansı cümlədə əlavə vardır?
A) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
B) Qazanc dövlət artırar, insaf şöhrət.
C) Ağac bar gətirəndə başını aşağı dikər.
D) R.Rza - ədəbi gəncliyin bu xeyirxah hamisi hamının sevimlisi idi.
E) Nizaminin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 1, 2
B) 4, 5
C) 2, 4
D) 3, 5
E) 1, 4
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Yüz dəfə ölç, bir dəfə biç.
B) Cavid mənalı-mənalı gülümsünürdü.
C) Yıxılana gülməzlər.
D) Bu, Müşkinazın xatirələrindəndir.
E) Gedənin dalınca danışmazlar.
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) qitə
B) hekayə
C) təmsil
D) povest
E) nağıl
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) ideya
B) ekspozisiya
C) kompozisiya
D) zavyazka
E) mövzu
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər yığcamlığı, sadəliyi, məna dərinliyi etibarilə atalar sözlərinə çox yaxındır.
B) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
C) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
D) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
E) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) Fərhad
B) Şapur
C) Bəhram şah
D) Xosrov
E) İsgəndər
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Şikayətnamə"
B) "Görmədim"
C) "Müsibətnamə"
D) "Bax"
E) "Dəhnamə"
Cümlələrdən birində xəbər sifətlə ifadə olunmuşdur:
A) Eldar hansınızdır?
B) O, xalqın qəlbində yaşayan sənətkardır.
C) Qılınc döyüşündə məharətin var!
D) Bu dağlar mülkünün çələngi sənsən!
E) Bu dağların sərin havası gözəldir.
Şəkilçilərdən biri qeyri qəti gələcək zamanın şəkilçisidir:
A) -ır4
B) -ıl4
C) -lar2
D) -ar2
E) -acaq2
Miqdar zərfi olan cümləni göstərin:
A) Onlar bazardan xeyli meyvə aldılar.
B) Az danışsan yaxşı olar.
C) Sevil bu barədə düşündü.
D) Tək əldən səs çıxmaz.
E) Gecə şiddətli külək əsdi.
Təsirli fellərdən ibarət cərgəni göstərin:
A) yatmaq, gülmək, getmək
B) yaşamaq, yatmaq, oynamaq
C) oturmaq, durmaq, gəlmək
D) yazmaq, geymək, güldürmək
E) görüşmək, görünmək, sevinmək
Cümlələrin hansında ədat vardır?
A) Tez gəl, gecikirik.
B) Qoy sözünü desin.
C) Arif, kitabı yerinə qoy!
D) Sevil təkcə gəldi.
E) Sən də, Sevda da növbətçisiniz.
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) dostluq, tanışlıq, qardaşlıq
B) yüzlük, onluq, çoxluq
C) birlik, gündəlik, həkimlik
D) şadlıq, təmizlik, zəiflik
E) dərzilik, ustalıq, mühəndislik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top