Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir." nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) feli bağlama
B) məsdər
C) isim
D) sifət
E) feli sifət
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) gözəl, qəşəng, yaraşıqlı
B) yataq, səliqə, təmiz
C) tufan, çovğun, təpə
D) əzik, azğın, ağıllı
E) kənd, qoruq, bulaq
Sinonim sözlərin cərgəsini göstərin:
A) girdə, yumru, balaca
B) gödək, alçaq, girdə
C) girdə, gödək, gövdəli
D) balaca, dolğun, sısqa
E) gödək, qısa, alçaq
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) ixtisas sözləri
B) alınma sözlər
C) köhnəlmiş sözlər
D) dialekt sözləri
E) yeni sözlər
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) qalstuk, bomboz, sarımtıl
B) opera, gömgöy, qapqara
C) kimya, tarix, ədəbiyyat
D) traktor, orden, medal
E) yalnız, yalqız, sapsarı
Səhv yazılmış sözü göstərin:
A) sümbül
B) aerovağzal
C) santimetr
D) abzas
E) kosmonavt
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:t]
B) [təbi:]
C) [zəyif]
D) [Nailə]
E) [sa:dət]
Tərkibində yalnız dodaqlanan, qalın saitlər işlənən sözü göstərin:
A) piyalə
B) kino
C) qoşun
D) könül
E) uşaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top