Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir." nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) məsdər
B) sifət
C) feli sifət
D) isim
E) feli bağlama
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) kənd, qoruq, bulaq
B) yataq, səliqə, təmiz
C) gözəl, qəşəng, yaraşıqlı
D) əzik, azğın, ağıllı
E) tufan, çovğun, təpə
Sinonim sözlərin cərgəsini göstərin:
A) balaca, dolğun, sısqa
B) gödək, alçaq, girdə
C) girdə, yumru, balaca
D) girdə, gödək, gövdəli
E) gödək, qısa, alçaq
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) alınma sözlər
B) ixtisas sözləri
C) dialekt sözləri
D) yeni sözlər
E) köhnəlmiş sözlər
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) traktor, orden, medal
B) qalstuk, bomboz, sarımtıl
C) opera, gömgöy, qapqara
D) kimya, tarix, ədəbiyyat
E) yalnız, yalqız, sapsarı
Səhv yazılmış sözü göstərin:
A) kosmonavt
B) sümbül
C) santimetr
D) aerovağzal
E) abzas
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:t]
B) [təbi:]
C) [zəyif]
D) [sa:dət]
E) [Nailə]
Tərkibində yalnız dodaqlanan, qalın saitlər işlənən sözü göstərin:
A) uşaq
B) piyalə
C) könül
D) kino
E) qoşun
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top