Tapılan ümumi test sayı : 27
1)
"Kitabi-Dədə Qorqud" dastanlarında "Salur Qazanın evinin yağmalanması" boyu necə başlanır?
Xəta bildir
A)
Dəli domrulun öyünməsi ilə
B)
Salur qazanın bəylərlə məclis qurmasının təsviri ilə
C)
Ov səhnəsinin təsviri ilə
D)
Salur Qazanın yuxu görməsi ilə
E)
Şöklü Məliyin hücumu ilə
2)
Bu şer parçası R.Rzanın hansı poemasından götürülmüşdür və burada hansı sənətkardan söhbət gedir?
Dostları çox idi,
bütün yaxşı insanlar kimi.
Ürəyi sadəydi, zəngin idi.
Bahar kimi.
... Şairlərdən biri,
vətəndaşlardan biri,
ən yaxşı adamlarından biri idi.
Xəta bildir
A)
"Qızılgül olmayaydı..." - Müşfiq
B)
"Son gecə" - Nəsimi
C)
"Xalq şairi" - Sabir
D)
"Xalq həkimi" - N.Nərimanov
E)
"Füzuli" - Füzuli
3)
M.F.Axundzadənin hansı qəhrəmanını yeni həyat və adətlər barədə düşünən, qabaqcıl Qərb mədəniyyəti ilə maraqlanan gənc kimi səciyyələndirmək olar?
Xəta bildir
A)
Yusif Sərrac
B)
Hacı Nuru
C)
Şahbaz bəy
D)
Səkinə xanım
E)
Teymur ağa
4)
Nizaminin "Divani" ilə bağlı fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
"Divan"da ictimai, fəlsəfi, əxlaqi, aşiqanə mövzuda şerlər olduğu göstərilir.
B)
Bu "Divan" türkcə yazılmışdır.
C)
"Divan"ın iyirmi min beytdən ibarət olduğu təxmin edilir.
D)
"Divan"dan ancaq ayrı-ayrı qaynaqlara köçürülmüş nümunələr qalıb.
E)
Şairin yazdığına görə, o, öz "Divan"ını Şirvan şahı Axsitana bağışlamışdır.
5)
M.Hadinin "İnsanların tarixi faciələri" poeması haqqındakı fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Bəşərin təbiətində olan şərin tənqidi əsas yer tutur.
B)
Şair poemanı cəbhədə yazmağa başlamış və 1918-1919-cu illərdə Bakıda tamamlamışdır.
C)
Əsasən, lirik planda yazılmışdır.
D)
Müharibə əleyhinə yazılmışdır.
E)
Poemanın sonunda şair gələcəyə böyük ümid bəslədiyini bildirir.
6)
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
Xəta bildir
A)
"Mehr və Müştəri"
B)
"Vərqa və Gülşa"
C)
"Dastani-Əhməd Hərami"
D)
"Rindü Zahid"
E)
"Nəsihətnamə"
7)
Aşıq Ələsgərin bu bənd ilə başlanan şerinin janrını müəyyənləşdirin:
"Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi.
Xəta bildir
A)
Qoşma
B)
Gəraylı
C)
Müxəmməs
D)
Bayatı
E)
Təcnis
8)
Aşağıdakılardan biri mühacirət ədəbiyyatının nümayəndəsidir:
Xəta bildir
A)
Əhməd Cavad
B)
Mikayıl Müşfiq
C)
Seyid Hüseyn
D)
Hüseyn Cavid
E)
Məmməd Əmin Rəsulzadə
A)
Məzmunca bir birinə zidd iki anlayış və ya vəziyyətin qarşılaşdırılmasına
B)
Hadisə və əşyanın həddindən artıq kiçildilməsinə
C)
Hadisə, əşya, hiss və həyəcanın şişirdilməsinə
D)
Eyni sözün, yaxud söz qrupunun təkrarına
E)
Nitqdə sözlərin qrammatik ardıcıllığının qəsdən pozulmasına
10)
"Ağır" və "iti" hansı sırada həqiqi mənada işlənmişdir?
Xəta bildir
A)
ağır cəza, iti yaddaş
B)
ağır söz, iti göz
C)
ağır xasiyyət, iti baxış
D)
ağır daş, iti ülgüc
E)
ağır gün, iti söz
11)
"İlə" cümlələrin hansında bağlayıcı kimi işlənmişdir?
Xəta bildir
A)
Röstəm kişi otaqdan çıxan kimi Pərşan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqladı.
B)
Adilin getməyi ilə qayıtmağı bir oldu.
C)
Onlar öz əlləri ilə əkdikləri bu ağaclara qulluq etməyi sevirlər.
D)
Vüsal öz məktəb yoldaşları ilə çox mehriban dolanır.
E)
İmran kişi indiki vəziyyəti keçən ilki vaxt ilə ürəyində tutuşdurdu.
12)
Sözlərdən neçəsində vurğu birinci hecaya düşür?
Şölə, oçerk, dünya, çünkü, səhər, lirika
Xəta bildir
A)
maşın, beş, çırpı
B)
dəftər, çanta, dil
C)
razı, mətbəə, inqilab
D)
çörək, su, səkkiz
E)
sakit, qardaş, yazmaq
14)
Hansı sözlərin yazılışı səhvdir?
1. Layihə 2. Səyahət 3. Bəyanat 4. Həyacan
5. Məcara 6. Qəraman 7. Füruzə
Xəta bildir
A)
1, 3, 6, 7
B)
3, 5, 6, 7
C)
4, 5, 6, 7
D)
1, 2, 4, 5
E)
1, 4, 6, 7
15)
Sual cümlələrinin biri sual ədatının köməyi ilə yaranıb:
Xəta bildir
A)
Sən bu məsələyə necə baxırsan?
B)
Sənə kimi nişan verdilər?
C)
Heç ürəkdən şad olmayan gülərmi?!
D)
Nədəndir sözümə cavab verməmək?!
E)
Azərbaycan Respublikası neçənci ildə müstəqillik əldə etmişdir?
16)
Söz birləşmələrinin birində isim tabe tərəf kimi işlənib:
Xəta bildir
A)
həyati mənafe
B)
şəhərdəki tanışlarım
C)
bugünkü iş
D)
buludlu hava
E)
taxta qapı
17)
Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuşdur:
Xəta bildir
A)
Biz qəhrəman əsgərlə cəbhə xəttində tanış olduq.
B)
Qocalar da burada cavanlaşırlar.
C)
Mürsəl birinci gündən rəqibinin gözünün odunu almışdı.
D)
Cıdır düzü buradan açıq-aydın görünürdü.
E)
O, özünə təzə çəkmə almışdı.
18)
Ayrı-ayrı elm sahələri üçün səciyyəvi sözləri əhatə edən lüğət növü:
Xəta bildir
A)
orfoepiya lüğəti
B)
orfoqrafiya lüğəti
C)
frazeoloji lüğət
D)
terminoloji lüğət
E)
omonimlər lüğəti
19)
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin:
Xəta bildir
A)
-çı, -lıq, -maq, -ası
B)
-ıl, -ıb, -anda, -araq
C)
-keş, -gər, -gil, -daş
D)
-ın, -dan, -a, -da
E)
-lar, -ma, -kı, -dakı
20)
"Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz" nümunəsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
Xəta bildir
A)
xəbər budaq cümləsi
B)
tamamlıq budaq cümləsi
C)
təyin budaq cümləsi
D)
zaman budaq cümləsi
E)
mübtəda budaq cümləsi
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab