Tapılan ümumi test sayı : 27

Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Şahbikə xala: "Bəs çörək yemirsən, bala?-" deyə soruşdu.
A) M:"V!"
B) M:"V?"
C) "V",-m.
D) M:"V?"-m.
E) "V",-M,-v."
Cümlələrdən birinin mübtədası I növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur:
A) Bu saat hamı ona qulaq asır.
B) Səlim qızına ad günündə qızıl saat bağışladı.
C) Onun şöhrəti dünyanın hər yerinə yayılmışdır.
D) Dağ havası onun əsəblərini sakitləşdirdi.
E) Hər adam Vətənin müdafiəsində sayıq dayanmalıdır.
Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi məna verir, şəkilçi söz kökündən sonra gəlir:
A) flektiv
B) kök dillər
C) həm kök, həm də flektiv dillər
D) həm iltisaqi, həm flektiv
E) iltisaqi
Düzəltmə sözlərdən biri mücərrəd mənalı isimdir:
A) gözlük
B) qorxu
C) bitki
D) meydança
E) qoruq
Məsdər hansı cümlədə mənsubiyyətə görə dəyişib?
A) O, şer oxumaqdan böyük həzz alırdı.
B) Oxumağı, yazmağı ilk dəfə anamdan öyrənmişəm.
C) Bizim dövrümüzdə oxumağa böyük həvəs var idi.
D) Bizim belə oxumağımız müəllimi çox sevindirdi.
E) Bu sözdən sonra heç kəs dillənmək istəmədi.
Verilmiş söz sıralarından hansında [q] samiti [ğ], [x] kimi tələffüz olunmur?
A) üfüq, şəfəq, müvafiq, sadiq
B) yarpaq, işıq, qabaq, otaq
C) buruq, sarıq, çarıq, saçaq
D) qaymaq, bayraq, uzaq, zanbaq
E) yumşaq, bulaq, yaylaq, ovlaq
İsimdən sifət düzəldən şəkilçi kimi verilənlərdən biri səhvdir:
A) -aq2
B) -sız4
C) -pərvər
D) -cıl4
E) -i, -vi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top