Tapılan ümumi test sayı : 27

Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Şahbikə xala: "Bəs çörək yemirsən, bala?-" deyə soruşdu.
A) M:"V?"
B) M:"V!"
C) M:"V?"-m.
D) "V",-m.
E) "V",-M,-v."
Cümlələrdən birinin mübtədası I növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur:
A) Hər adam Vətənin müdafiəsində sayıq dayanmalıdır.
B) Onun şöhrəti dünyanın hər yerinə yayılmışdır.
C) Dağ havası onun əsəblərini sakitləşdirdi.
D) Bu saat hamı ona qulaq asır.
E) Səlim qızına ad günündə qızıl saat bağışladı.
Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi məna verir, şəkilçi söz kökündən sonra gəlir:
A) iltisaqi
B) flektiv
C) həm iltisaqi, həm flektiv
D) həm kök, həm də flektiv dillər
E) kök dillər
Düzəltmə sözlərdən biri mücərrəd mənalı isimdir:
A) bitki
B) qorxu
C) meydança
D) qoruq
E) gözlük
Məsdər hansı cümlədə mənsubiyyətə görə dəyişib?
A) Bizim dövrümüzdə oxumağa böyük həvəs var idi.
B) Bu sözdən sonra heç kəs dillənmək istəmədi.
C) O, şer oxumaqdan böyük həzz alırdı.
D) Bizim belə oxumağımız müəllimi çox sevindirdi.
E) Oxumağı, yazmağı ilk dəfə anamdan öyrənmişəm.
Verilmiş söz sıralarından hansında [q] samiti [ğ], [x] kimi tələffüz olunmur?
A) buruq, sarıq, çarıq, saçaq
B) üfüq, şəfəq, müvafiq, sadiq
C) qaymaq, bayraq, uzaq, zanbaq
D) yumşaq, bulaq, yaylaq, ovlaq
E) yarpaq, işıq, qabaq, otaq
İsimdən sifət düzəldən şəkilçi kimi verilənlərdən biri səhvdir:
A) -aq2
B) -pərvər
C) -i, -vi
D) -sız4
E) -cıl4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top