Tapılan ümumi test sayı : 28

İ.Əfəndiyevin əsərləri cərgəsində biri dram əsəri deyil:
A) "Körpüsalanlar"
B) "Sən həmişə mənimləsən"
C) "Unuda bilmirəm"
D) "Məhv olmuş gündəliklər"
E) "Atayevlər ailəsində"
Aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin.
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?
A) Bədii sual işlənmişdir
B) Real, dünyəvi məhəbbətdən bəhs edilir
C) "Ənbər" sözü epitetdir
D) Gəraylıdan bir bənddir
E) "aaab" şəklində qafiyələnmişdir
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) minacat
B) fəxriyyə
C) nət
D) mədhiyyə
E) mərsiyə
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdur.
Bu misralar "Koroğlu"  dastanında kimin dilindən verilmişdir?
A) Telli xanımın
B) Ruqiyyə xanımın
C) Məhbub xanımın
D) Dona xanımın
E) Nigar xanımın
Nizami Gəncəviyə Azərbaycan və dünya ədəbiyyatında ən çox şöhrət qazandıran nədir?
A) "İsgəndərnamə" poeması
B) rübailəri
C) qəzəlləri
D) qəsidələri
E) "Xəmsə"si
M.Hadinin müharibə əleyhinə yazılmış əsəri:
A) "Əlvahi-intibah"
B) "Nəyimiz var"
C) "El fəryadı"
D) "Qürbət ellərdə yadi-vətən"
E) "Dad istibdaddan"
H.Cavidin yaradıcılığının ilk mərhələsinə aid əsəri göstərin:
A) "Xəyyam"
B) "Səyavuş"
C) "Şeyx Sənan"
D) "Topal Teymur"
E) "İblisin intiqamı"
N.Vəzirovun hansı dram əsərində burjua mühitinin eybəcərlikləri, neft yeri alveri ilə məşğul olan fırıldaqçı burjua işbazı tənqid olunur?
A) "Adı var, özü yox"
B) "Müsibəti-Fəxrəddin"
C) "Yağışdan çıxdıq, yağmura düşdük"
D) "Ev tərbiyəsinin bir şəkli"
E) "Pəhləvanani-zəmanə"
Azərbaycan ədəbiyyatına tuyuğ janrını kim gətirmişdir?
A) Şah İsmayıl Xətai
B) Qazi Bürhanəddin
C) Əssar Təbrizi
D) Marağalı Əvhədi
E) İmadəddin Nəsimi
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) Məhsəti Gəncəvi
B) Fatma xanım Kəminə
C) X.B.Natəvan
D) Heyran xanım
E) Aşıq Pəri
Yazılışı ilə tələffüzü fərqlənməyən sözü göstərin:
A) ətir
B) üstlərinə
C) müəyyən
D) dəstə
E) külək
"Bir neçə adamlar o vaxt buna etiraz edirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) orfoepik
C) həm qrammatik, həm də orfoqrafik
D) leksik-semantik
E) qrammatik
Cümlələrin birində qoşma işlənmişdir:
A) Doğru sözə, düz ilqara aşiqəm.
B) Səlimlə yaşar qohumdurlar.
C) Sən kimi deyirdin?
D) İclasa Əlidən başqa, hamı gəlmişdi.
E) Başqa sözə fikir verməsən yaxşıdır.
Hansı cümlənin xəbəri şühudi keçmiş zamanda olan fellə ifadə olunmuşdur?
A) Öz əlinlə qalamışdın bu ocağı,
İndi ona çovğun, külək gərək deyil.
B) Novruz bayramına ciddi hazırlıq görülürdü.
C) Elmin qapıları hamının üzünə açıqdır.
D) Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
E) Koroğlu düşmənləri vətən torpağına ayaq basmağa qoymadı.
Omonimlərin cərgəsini göstərin:
A) insan, adam, şəxs
B) baş, göz, əl
C) həyat, bəşər, tale
D) sakit, yavaş, həzin
E) şam, bal, kök
"Qarı dedi:
-Dövlətindən hər şeyim var. Bax, evim var, həyətim var, inəyim var, danam var, toyuğum var..."
nümunəsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 3
B) 4
C) 6
D) 7
E) 5
Hansı cümlədə qayıdış əvəzliyi işlənib?
A) Özüm bu işə qarışmasam, düzəlməyəcək.
B) Biri mahnı oxuyurdu, o biri rəqs edirdi.
C) Ata öz uşaqlarının təhsil uğurlarından razı qaldı.
D) Hamı torpağı müdafiə etmək üçün ayağa qalxdı.
E) O, işsiz qalanda darıxırdı.
"Usta" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) [s] və [t] kar samitlərdir.
B) [u] qalın, qapalı, dodaqlanan, [a] qalın, açıq, dodaqlanmayan saitdir.
C) iki hecalıdır, vurğu ikinci hecaya düşmüşdür.
D) Ahəng qanununa tabe olur.
E) sözdə 4 səs, 4 hərf vardır.
Hansı cümlədə modal söz işlənmişdir?
A) O, evə sarı getdi.
B) Məndən demək, səndən eşitmək.
C) Bütün fikirlərimi bir sözlə ifadə etdim.
D) Deyəsən, onlar toya hazırlaşırlar.
E) Eşitdiklərimizin hamısı doğrudur.
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) kök dillər
B) iltisaqi
C) həm flektiv, həm də kök dillər
D) həm iqtisadi, həm flektiv
E) flektiv
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top