Tapılan ümumi test sayı : 28

Neçə cümlədə məsdər tərkibi mübtəda vəzifəsində işlənmişdir?
1. Çox irəli getmək təhlükəli idi.
2. Böyük bir nemətdir, məncə yaşamaq.
3. Bundan sonra, bu mahalda yaşamaq ona çətin gəlirdi.
4. Günün altında dayanmaq mümkün deyildi.
5. Sancmaq əqrəbin adətidir.
A) 3
B) 2
C) 4
D) 1
E) 5
Hansı cümlədə xitab III növ təyini söz birləşməsi ilə ifadə olunub?
A) Möhtərəm qonaqlar! Xoş gəlmişsiniz.
B) Ay uşaq, qapını açın.
C) "Neftçi" komandasının oyunçuları! Biz sizə uğurlar arzulayırıq.
D) Odlar yurdu, sən şer, sənət ocağısan!
E) Bəylər və xanımlar! Bu gün tarixi gündür.
Düzəltmə sözü göstərin:
A) bilək
B) sınaq
C) ürək
D) çörək
E) kömək
Terminlər ən çox hansı üslubda işlənir?
A) elmi üslubda
B) bədii üslubda
C) rəsmi üslubda
D) danışıq üslubunda
E) publisistik üslubda
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Duman çəkilir, hər tərəf aydın görünürdü.
B) Otağın pəncərəsini açdım, təmiz hava içəri doldu.
C) Güclü qar yağır, adamlar işə tələsir, maşınlar yavaş-yavaş ötüb keçir.
D) Onun işi şətin idi: yazdığı əsəri qısa müddətdə başa çatdırmalı idi.
E) Məruzəçi həvəslə danışsa da, iclasa dəvət olunanların bəzisi narahatlıqla saata baxırdı.
Hansı sözlərdə apastrof işarəsi düzgün qoyulmamışdır?
1. Mə`na          2. Sü`rət            3. Də`vət
4. Ə`la              5. Ən`ənə          6. Mə`sul
A) 2, 6
B) 1, 4
C) 5, 6
D) 3, 4
E) 2, 5
"Elə söz de ki, heç kəsin ürəyinə toxunmasın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) mübtəda budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) təyin budaq cümləsi
D) tərzi-hərəkət budaq cümləsi
E) zaman budaq cümləsi
Hansı cümlənin mübtədası əvəzliklə ifadə olunmuşdur?
A) Bu yerlərin yazı da gözəldir, qışıda.
B) Bəzi adamlar toyda yaman canfəşanlıq edirdilər.
C) Bizcə, elmin incəliklərini diqqətlə öyrənmək lazımdır.
D) Kimsə bilməz Tanrıdağın yaşını.
E) Bu günlərdə Bibiheybət məscidinin tikintisinə başlandı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top