Tapılan ümumi test sayı : 28

Neçə cümlədə məsdər tərkibi mübtəda vəzifəsində işlənmişdir?
1. Çox irəli getmək təhlükəli idi.
2. Böyük bir nemətdir, məncə yaşamaq.
3. Bundan sonra, bu mahalda yaşamaq ona çətin gəlirdi.
4. Günün altında dayanmaq mümkün deyildi.
5. Sancmaq əqrəbin adətidir.
A) 5
B) 3
C) 2
D) 4
E) 1
Hansı cümlədə xitab III növ təyini söz birləşməsi ilə ifadə olunub?
A) Möhtərəm qonaqlar! Xoş gəlmişsiniz.
B) Ay uşaq, qapını açın.
C) Bəylər və xanımlar! Bu gün tarixi gündür.
D) "Neftçi" komandasının oyunçuları! Biz sizə uğurlar arzulayırıq.
E) Odlar yurdu, sən şer, sənət ocağısan!
Düzəltmə sözü göstərin:
A) kömək
B) sınaq
C) bilək
D) ürək
E) çörək
Terminlər ən çox hansı üslubda işlənir?
A) danışıq üslubunda
B) rəsmi üslubda
C) bədii üslubda
D) publisistik üslubda
E) elmi üslubda
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Otağın pəncərəsini açdım, təmiz hava içəri doldu.
B) Məruzəçi həvəslə danışsa da, iclasa dəvət olunanların bəzisi narahatlıqla saata baxırdı.
C) Onun işi şətin idi: yazdığı əsəri qısa müddətdə başa çatdırmalı idi.
D) Güclü qar yağır, adamlar işə tələsir, maşınlar yavaş-yavaş ötüb keçir.
E) Duman çəkilir, hər tərəf aydın görünürdü.
Hansı sözlərdə apastrof işarəsi düzgün qoyulmamışdır?
1. Mə`na          2. Sü`rət            3. Də`vət
4. Ə`la              5. Ən`ənə          6. Mə`sul
A) 2, 5
B) 5, 6
C) 2, 6
D) 1, 4
E) 3, 4
"Elə söz de ki, heç kəsin ürəyinə toxunmasın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) mübtəda budaq cümləsi
B) zaman budaq cümləsi
C) tərzi-hərəkət budaq cümləsi
D) təyin budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Hansı cümlənin mübtədası əvəzliklə ifadə olunmuşdur?
A) Bizcə, elmin incəliklərini diqqətlə öyrənmək lazımdır.
B) Bu günlərdə Bibiheybət məscidinin tikintisinə başlandı.
C) Kimsə bilməz Tanrıdağın yaşını.
D) Bu yerlərin yazı da gözəldir, qışıda.
E) Bəzi adamlar toyda yaman canfəşanlıq edirdilər.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top