Tapılan ümumi test sayı : 28

"O, namuslu, qeyrətli, sözü həmişə üzə deyən, həqiqəti bütün varlığı ilə müdafiə edən, dostluqda sədaqətlidir. İkiüzlülük, saxtakarlıq onun gözünün düşmənidir..."
Bu keyfiyyətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surəti səciyyələndirir?
A) Otarı
B) Batını
C) Muratovu
D) Əhmədcanı
E) Valehi
Hansı cərgədə epik növün janrları düzgün göstərilib?
A) hekayə, povest, müxəmməs
B) povest, hekayə, qitə
C) hekayə, povest, təmsil
D) roman, povest, komediya
E) rübai, roman, qoşma
Aşıq Ələsgərin "Güləndam" qoşmasından verilmiş aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
"Səni gördüm, əl götürdüm dünyadan,
Qara gözlü, qələm qaşlı Güləndam.
Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam.."
A) "Güləndam" sözü rədifdir.
B) "Qara gözlü, qələm qaşlı" sözləri bənzətmədir.
C) 2-ci və 4-cü misralar "qaşlı, çaşdı" sözləri ilə qafiyələnmişdir.
D) Qoşmanın 1-ci bəndidir.
E) 1-ci və 3-cü misralar sərbəstdir.
"Koroğlu" dastanının hansı qolunda Koroğlu düşmənə qarşı təkbaşına mübarizə aparıb qalib gəlir?
A) "Koroğlunun Qars səfəri"
B) "Həmzənin Qıratı aparması" ("Toqat səfəri")
C) "Koroğlunun Dərbənd səfəri"
D) "Durna teli" ("Bağdad səfəri")
E) "Koroğlunun Ərzurum səfəri"
"Xeyir və Şər" mənzum hekayəsi Nizami Gəncəvinin hansı əsərinə daxildir?
A) "Sirlər xəzinəsi"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "İsgəndərnamə"
E) "Leyli və Məcnun"
Sabirin aşağıdakı şerlərindən hansı satira deyil?
A) "Yaşamaq istər istək..."
B) "Ürəfa marşı"
C) "Səttarxana"
D) "Bakı fəhlələrinə"
E) "Əkinçi"
S.Vurğunun "Aygün" mənzum romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsər məhəbbət mövzusuna həsr edilib.
B) Romanda Əmirxanın həyəcanlarına geniş yer verilmişdir.
C) Şair oxucunu inandırır ki, insanda rəzil, xudbin hisslər deyil, işıqlı, nəcib duyğular qələbə çalmalıdır.
D) Roman ailənin dağılması, məhəbbətin məhvi ilə sona çatır.
E) Şair Aygünün simasında sevgisinə sonadək sadiq qalan bir qadın obrazı yaradıb.
M.F.Axundzadənin "Hekayəti-mərdi-xəsis" komediyası ilə əlaqədar fikirlərdən hansı doğru deyil?
A) Hacı Qara ciddi dramatik, Heydər bəy isə komik planda verilmişdir.
B) Hacı Qara tamahkar və acgözdür, var-dövləti çox olsa da xəsisdir.
C) Heydər bəy keçmiş günlərin həsrətini çəkən, cəsur, mərd gəncdir.
D) Heydər bəylə Hacı Qaranı pul tapmaq məqsədi birləşdirir.
E) Əsərdə Tükəz və Sona xanım kimi ağıllı, gözəl qadın surətləri yaradılmışdır.
Q.Zakirin "Eylər" rədifli şerinin janrı:
A) qəzəl
B) qoşma
C) müxəmməs
D) gəraylı
E) qitə
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?!
Xosrov deyiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər.
Bu sözləri M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən deyilir?
A) Məcnunun
B) Nofəlin
C) Şairin özünün
D) İbn Salamın
E) Zeydin
"T" ilə yazılıb [d] ilə tələffüz edilən sözlərin cərgəsini göstərin:
A) otuz, metal, həyat
B) taxta, avtomat, material
C) stadion, doktor, xətt
D) dəftər, astar, yastıq
E) mütəkkə, bitki, nöqtə
Şifahi ədəbi dil, əsasən, hansı normalara tabe olur?
A) sintaktik
B) orfoepik
C) leksik-semantik
D) orfoqrafik
E) morfoloji
Hansı qoşmalar sinonim deyil?
A) kimi, tək
B) tərəf, sarı
C) kimi, qədər
D) kimi, doğru
E) əvvəl, qabaq
Hansı şəkilçi vasitəsilə indiki zaman mənalı feli sifətlər düzəldilir?
A) -mış4
B) -an2
C) -acaq2
D) -malı2
E) -ası2
Aşağıdakı variantların hansında antonim sözlər yoxdur?
A) Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
B) Gecə-gündüz qaldım zülmət içində,
Mənim tək zülmətdə qalan varmı heç?
C) Axşam-sabah, çeşmə, cənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
D) Varlıqda dost olma, yoxluqda-kənar,
İyidəm deyəndə bu adət olmaz.
E) Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.
Aşağıdakı cümlələrin birində altından xətt çəkilmiş söz adlıq haldadır:
A) Qələmin yaxşı yazır.
B) Qələm sahibi hər sözü ölçüb-biçməlidir.
C) Qələmin qiyməti çox baha idi.
D) Onun qələminin rəngi bənövşəyidir.
E) Mən mağazadan qələm aldım.
Qeyri-müəyyən əvəzliklər hansı sırada verilmişdir?
A) öz, hərə, bütün
B) mən, sən, o
C) o, bu, elə
D) biz, siz, onlar
E) biri, hamı, hərə
"Həftə" sözünün fonetik təhlilində səhv haradadır?
A) [ə] incə, dodaqlanmayan, açıq saitdir.
B) Vurğu birinci hecaya düşür.
C) 5 səs və 5 hərfdən ibarətdir.
D) [h] samitinin cingiltili qarşılığı yoxdur, [f] səsinin cingiltili qarşılığı isə [v] samitidir.
E) [h] və [f] samitləri kar, [d] cingiltili samitdir
Aşağıdakı modal sözlərdən biri söz-cümlə kimi işlənə bilmir:
A) şübhəsiz
B) deməli
C) yəqin ki
D) əlbəttə
E) bəlkə də
Bədii əsərlərdəki müxtəlif regionlar üçün səciyyəvi məhəlli sözlər nə adlanır?
A) yeni sözlər
B) köhnəlmiş sözlər
C) dialektizmlər
D) ümumişlək sözlər
E) alınma sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top