Tapılan ümumi test sayı : 28

"Vətənin azadlığı uğrunda həlak olanlar heç vaxt unudulmayacaq" cümləsində feli sifət tərkibi hansı cümlə üzvüdür?
A) tamamlıq
B) mübtəda
C) təyin
D) xəbər
E) zərflik
Fikrin mənbəyini, kimə aid olduğunu bildirən ara söz hansı cümlədə işlənmişdir?
A) Qəribədir, bu həftə üçüncü dəfədir ki, Kərim mədənə gedir.
B) Deməli, siz həkim olmaq istəyirsiniz.
C) Xülasə, nə deyim, görməsən, bilməzsən.
D) Deyəsən, gəmi gecikir.
E) Məncə, hər iş yoluna düşür.
Düzəltmə sözlərdən ibarət sıranı göstərin:
A) qardaşlıq, barışmaq, gözəl
B) düzənlik, kəndlər, məktəbli
C) dostluq, qaranlıq, gündüz
D) çəmənlik, dağlarda, sahildə
E) sahildəki, çalışqan, dəmirçi
Ön şəkilçi artırıla bilən alınma sözlərin cərgəsini göstərin:
A) dinc, hasar, baxış
B) nasir, şahid, tamam
C) rahat, razı, çarə
D) xaric, qiymət, vahid
E) kitab, insaf, kişi
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Uşaq yuxuya getdi və medalyonu bərk-bərk sıxan əlləri açıla qaldı.
B) Qapı açıldı və qonaqlar içəri girdilər.
C) Ata televizora baxır, ana şam yeməyi hazırlayır, uşaqlar dərslərini oxuyur.
D) Havalar getdikcə soyuyur, köçəri quşlar isti ölkələrə uçub gedir.
E) Kişi axır vaxtlar baş verən hadisəni xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı.
Mürəkkəb sözlərin səhv yazıldığı cərgəni göstərin:
A) gözücu, dikbaş, bər-bəzək
B) qeyri müəyyən, kino teatr, yıryığış
C) istiot, əlüzyuyan, dedi-qodu
D) günəbaxan, kağız-kuğuz, üzüyola
E) qab-qacaq, sözübütöv, suyuşirin
"Burada elə ağaclar var ki, əsrlərin şahididir" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) mübtəda budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) təyin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) tərzi-hərəkət budaq cümləsi
Hansı cümlə üzvünün əlavəsi vardır?
"Bu qüssəli düşüncələrdən ayrılmaq üçün irəliyə - üfüqlə dənizin qovuşduğu səmtə baxdım."
A) zərflik
B) mübtəda
C) xəbər
D) təyin
E) tamamlıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top