Tapılan ümumi test sayı : 28

"O, namuslu, qeyrətli, sözü həmişə üzə deyən, həqiqəti bütün varlığı ilə müdafiə edən, dostluqda sədaqətlidir. İkiüzlülük, saxtakarlıq onun gözünün düşmənidir..."
Bu keyfiyyətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surəti səciyyələndirir?
A) Batını
B) Otarı
C) Əhmədcanı
D) Muratovu
E) Valehi
Hansı cərgədə epik növün janrları düzgün göstərilib?
A) rübai, roman, qoşma
B) povest, hekayə, qitə
C) hekayə, povest, müxəmməs
D) hekayə, povest, təmsil
E) roman, povest, komediya
Aşıq Ələsgərin "Güləndam" qoşmasından verilmiş aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
"Səni gördüm, əl götürdüm dünyadan,
Qara gözlü, qələm qaşlı Güləndam.
Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam.."
A) 1-ci və 3-cü misralar sərbəstdir.
B) "Güləndam" sözü rədifdir.
C) 2-ci və 4-cü misralar "qaşlı, çaşdı" sözləri ilə qafiyələnmişdir.
D) Qoşmanın 1-ci bəndidir.
E) "Qara gözlü, qələm qaşlı" sözləri bənzətmədir.
"Koroğlu" dastanının hansı qolunda Koroğlu düşmənə qarşı təkbaşına mübarizə aparıb qalib gəlir?
A) "Koroğlunun Ərzurum səfəri"
B) "Koroğlunun Dərbənd səfəri"
C) "Durna teli" ("Bağdad səfəri")
D) "Koroğlunun Qars səfəri"
E) "Həmzənin Qıratı aparması" ("Toqat səfəri")
"Xeyir və Şər" mənzum hekayəsi Nizami Gəncəvinin hansı əsərinə daxildir?
A) "Leyli və Məcnun"
B) "Sirlər xəzinəsi"
C) "Yeddi gözəl"
D) "İsgəndərnamə"
E) "Xosrov və Şirin"
Sabirin aşağıdakı şerlərindən hansı satira deyil?
A) "Bakı fəhlələrinə"
B) "Əkinçi"
C) "Səttarxana"
D) "Yaşamaq istər istək..."
E) "Ürəfa marşı"
S.Vurğunun "Aygün" mənzum romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Roman ailənin dağılması, məhəbbətin məhvi ilə sona çatır.
B) Şair oxucunu inandırır ki, insanda rəzil, xudbin hisslər deyil, işıqlı, nəcib duyğular qələbə çalmalıdır.
C) Əsər məhəbbət mövzusuna həsr edilib.
D) Romanda Əmirxanın həyəcanlarına geniş yer verilmişdir.
E) Şair Aygünün simasında sevgisinə sonadək sadiq qalan bir qadın obrazı yaradıb.
M.F.Axundzadənin "Hekayəti-mərdi-xəsis" komediyası ilə əlaqədar fikirlərdən hansı doğru deyil?
A) Əsərdə Tükəz və Sona xanım kimi ağıllı, gözəl qadın surətləri yaradılmışdır.
B) Hacı Qara tamahkar və acgözdür, var-dövləti çox olsa da xəsisdir.
C) Hacı Qara ciddi dramatik, Heydər bəy isə komik planda verilmişdir.
D) Heydər bəy keçmiş günlərin həsrətini çəkən, cəsur, mərd gəncdir.
E) Heydər bəylə Hacı Qaranı pul tapmaq məqsədi birləşdirir.
Q.Zakirin "Eylər" rədifli şerinin janrı:
A) qəzəl
B) müxəmməs
C) qitə
D) gəraylı
E) qoşma
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?!
Xosrov deyiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər.
Bu sözləri M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən deyilir?
A) Nofəlin
B) Məcnunun
C) İbn Salamın
D) Zeydin
E) Şairin özünün
"T" ilə yazılıb [d] ilə tələffüz edilən sözlərin cərgəsini göstərin:
A) otuz, metal, həyat
B) dəftər, astar, yastıq
C) stadion, doktor, xətt
D) taxta, avtomat, material
E) mütəkkə, bitki, nöqtə
Şifahi ədəbi dil, əsasən, hansı normalara tabe olur?
A) morfoloji
B) orfoepik
C) leksik-semantik
D) sintaktik
E) orfoqrafik
Hansı qoşmalar sinonim deyil?
A) kimi, tək
B) tərəf, sarı
C) kimi, qədər
D) kimi, doğru
E) əvvəl, qabaq
Hansı şəkilçi vasitəsilə indiki zaman mənalı feli sifətlər düzəldilir?
A) -an2
B) -acaq2
C) -malı2
D) -mış4
E) -ası2
Aşağıdakı variantların hansında antonim sözlər yoxdur?
A) Axşam-sabah, çeşmə, cənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
B) Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.
C) Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
D) Gecə-gündüz qaldım zülmət içində,
Mənim tək zülmətdə qalan varmı heç?
E) Varlıqda dost olma, yoxluqda-kənar,
İyidəm deyəndə bu adət olmaz.
Aşağıdakı cümlələrin birində altından xətt çəkilmiş söz adlıq haldadır:
A) Qələmin yaxşı yazır.
B) Mən mağazadan qələm aldım.
C) Qələm sahibi hər sözü ölçüb-biçməlidir.
D) Qələmin qiyməti çox baha idi.
E) Onun qələminin rəngi bənövşəyidir.
Qeyri-müəyyən əvəzliklər hansı sırada verilmişdir?
A) biri, hamı, hərə
B) öz, hərə, bütün
C) mən, sən, o
D) biz, siz, onlar
E) o, bu, elə
"Həftə" sözünün fonetik təhlilində səhv haradadır?
A) Vurğu birinci hecaya düşür.
B) [h] samitinin cingiltili qarşılığı yoxdur, [f] səsinin cingiltili qarşılığı isə [v] samitidir.
C) [ə] incə, dodaqlanmayan, açıq saitdir.
D) 5 səs və 5 hərfdən ibarətdir.
E) [h] və [f] samitləri kar, [d] cingiltili samitdir
Aşağıdakı modal sözlərdən biri söz-cümlə kimi işlənə bilmir:
A) yəqin ki
B) bəlkə də
C) şübhəsiz
D) əlbəttə
E) deməli
Bədii əsərlərdəki müxtəlif regionlar üçün səciyyəvi məhəlli sözlər nə adlanır?
A) köhnəlmiş sözlər
B) alınma sözlər
C) yeni sözlər
D) dialektizmlər
E) ümumişlək sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top