Tapılan ümumi test sayı : 28

"Vətənin azadlığı uğrunda həlak olanlar heç vaxt unudulmayacaq" cümləsində feli sifət tərkibi hansı cümlə üzvüdür?
A) mübtəda
B) zərflik
C) tamamlıq
D) təyin
E) xəbər
Fikrin mənbəyini, kimə aid olduğunu bildirən ara söz hansı cümlədə işlənmişdir?
A) Deməli, siz həkim olmaq istəyirsiniz.
B) Məncə, hər iş yoluna düşür.
C) Xülasə, nə deyim, görməsən, bilməzsən.
D) Qəribədir, bu həftə üçüncü dəfədir ki, Kərim mədənə gedir.
E) Deyəsən, gəmi gecikir.
Düzəltmə sözlərdən ibarət sıranı göstərin:
A) çəmənlik, dağlarda, sahildə
B) sahildəki, çalışqan, dəmirçi
C) düzənlik, kəndlər, məktəbli
D) qardaşlıq, barışmaq, gözəl
E) dostluq, qaranlıq, gündüz
Ön şəkilçi artırıla bilən alınma sözlərin cərgəsini göstərin:
A) rahat, razı, çarə
B) nasir, şahid, tamam
C) kitab, insaf, kişi
D) xaric, qiymət, vahid
E) dinc, hasar, baxış
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Ata televizora baxır, ana şam yeməyi hazırlayır, uşaqlar dərslərini oxuyur.
B) Havalar getdikcə soyuyur, köçəri quşlar isti ölkələrə uçub gedir.
C) Uşaq yuxuya getdi və medalyonu bərk-bərk sıxan əlləri açıla qaldı.
D) Kişi axır vaxtlar baş verən hadisəni xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı.
E) Qapı açıldı və qonaqlar içəri girdilər.
Mürəkkəb sözlərin səhv yazıldığı cərgəni göstərin:
A) istiot, əlüzyuyan, dedi-qodu
B) qab-qacaq, sözübütöv, suyuşirin
C) günəbaxan, kağız-kuğuz, üzüyola
D) gözücu, dikbaş, bər-bəzək
E) qeyri müəyyən, kino teatr, yıryığış
"Burada elə ağaclar var ki, əsrlərin şahididir" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) təyin budaq cümləsi
B) xəbər budaq cümləsi
C) tərzi-hərəkət budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) mübtəda budaq cümləsi
Hansı cümlə üzvünün əlavəsi vardır?
"Bu qüssəli düşüncələrdən ayrılmaq üçün irəliyə - üfüqlə dənizin qovuşduğu səmtə baxdım."
A) xəbər
B) mübtəda
C) zərflik
D) tamamlıq
E) təyin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top