Tapılan ümumi test sayı : 27

Bədii təsvir vasitəsini göstərin.
Bir yay kimi çatılmışdır Sarvanımın qaş-qabağı,
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı.
A) metonimiya
B) təşbeh
C) təzad
D) epitet
E) metafora
S.Ə.Şirvani yaradıcılığı haqqındakı fikirlərdən biri səhvdir:
A) Maarifçilik ideyalarının təbliğinə, ictimai bəlaların tənqidinə dair şerlər yazmışdır.
B) Həm klassik üslubda, həm də aşıq şeri tərzində şerlər yazmışdır.
C) "Rəbiül-ətfal" adlı dərsliyi vardır.
D) Ədəbi irsinin böyük bir hissəsi lirik şerlərdən ibarətdir.
E) Həm lirik, həm də epik əsərlər yazmışdır.
Ay həzarat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Bənd hansı sənətkarın əsərindəndir?
A) Molla Vəli Vidadi
B) Molla Pənah Vaqif
C) Aşıq Ələsgər
D) Abbas Tufarqanlı
E) Qasım bəy Zakir
M.Füzuli hansı əsərində Çaldıran müharibəsinə qarşı etiraz səsini qaldırır?
A) "Şikayətnamə"
B) "Rindü Zahid"
C) "Bəngü Badə"
D) "Yeddi cam"
E) "Səhhət və Mərəz"
Bunlardan biri M.Ə.Rəsulzadənin dramıdır:
A) "Pəri cadu"
B) "Nadanlıq"
C) "Keçmişdə qaçaqlar"
D) "Qaranlıqda işıqlar"
E) "Ana"
"Epik növün ən qədim janrlarından biridir. Həcmcə çox kiçik olur, lakin dərin məna ifadə edir. Tənqid, satira bu janrın ruhunu, canını təşkil edir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən  əşyalar, bitkilər və heyvanların simasında əks etdirir."
Bu, hansı janrdır?
A) lətifə
B) novella
C) təmsil
D) nağıl
E) hekayə
M.Ə.Sabirin ədəbi məktəbin Cənubi Azərbaycanda davamçısı:
A) Ə.Nəzmi
B) M.Möcüz
C) M.S.Ordubadi
D) M.Hadi
E) Ə.Qəmküsar
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanında Səmirə Aydının faciəsi nə vaxtdan başlayır?
A) institutda işdən azad edildiyi gündən
B) cəbhədə əsir alınmış həyat yoldaşı Midhətin "vətən xaini" elan edildiyi gündən
C) Tacikistan çöllərinə sürgün edildiyi gündən
D) partiya sıralarından kənarlaşdırıldığı vaxtdan
E) xəstəxanada Kamranla rastlaşdığı gündən
M.F.Axundzadənin şerlərində işlətdiyi təxəllüs:
A) Səbuhi
B) Fani
C) Seyyid
D) Qüdsi
E) "Vəkili-milləti-naməlum"
Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir?
I göy      II bar       III dolu      IV kök      V əqrəb
A) I,III,IV
B) III,IV
C) I,II,III
D) I, IV, V
E) I,IV
Cüttərkibli geniş cümləni göstərin:
A) Burada xəstələrə yaxşı baxırlar.
B) Mirzə Fətəli Axundzadə Azərbaycan dramaturgiyasının banisidir.
C) Uzun qış günlərindən biri idi.
D) Biz qəhrəmanları unutmayacağıq.
E) Bu günün işini sabaha qoymazlar.
Şer parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin.
Deyirəm ki, uzaq yollarda susuzluq çəkən,
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın  bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaq olaydım.
A) 2 təyini, 1 işarə, 1 şəxs
B) 1 qeyri-müəyyən, 1 işarə, 1 şəxs
C) 1 təyini, 1 işarə, 1 şəxs
D) 1 sual, 1 işarə, 1 şəxs
E) 1 təyini, 2 işarə, 1 şəxs
Mücərrəd mənalı düzəltmə ismi göstərin.
A) yaxşılıq
B) çöküntü
C) tikinti
D) gözlük
E) soyutma
"Bu sözü sizə deyirəm ha..." cümləsindəki "ha" sözü ədatın mənaca ha?
A) arzu
B) qüvvətləndirici
C) dəqiqləşdirici
D) sual
E) məhdudlaşdırıcı
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümlə üzvlərindən hansı işlənməmişdir?
A) xəbər
B) tamamlıq
C) təyin
D) zərflik
E) mübtəda
Aşağıdakı nümunələrin neçəsi frazeoloji birləşmədir?
təpəyə qalxmaq, çayın sahili, üzə vurmaq, başa salmaq, kitabın cildi, maraqlı kitab, qara yaxmaq, gözə gətirmək
A) 3
B) 4
C) 6
D) 2
E) 5
Hansı söz səhv yazılıb?
A) xoşbəxt
B) zambaq
C) xeyirxah
D) bitki
E) bünövrə
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Törəmədir.
B) Nitq fəaliyyətinin məhsuludur.
C) Dəyişməzdir.
D) Dil əsasında meydana çıxır.
E) Ünsiyyət prosesidir.
"Sarayın darvazası açıldı, içəridə qaraltılar səyrişdi, cəsarətsiz, qırıq səslər eşidildi"
tabesiz mürəkkəb cümləsində tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) ardıcıllıq
B) səbəb-nəticə
C) aydınlaşdırma
D) qarşılaşdırma
E) zaman
Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:
A) leksikologiya
B) leksikoqrafiya
C) orfoepiya
D) dialektologiya
E) terminologiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top