Tapılan ümumi test sayı : 27

Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) fel, isim
B) fel, sifət
C) fel, zərf
D) fel, əvəzlik
E) fel, say
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) p-b
B) ç-c
C) k-g
D) ş-j
E) x-q
"Nəzərə alın ki, uşağın boyu bapbalacadır" cümləsinin morfoloji təhlilində səhv haradadır?
A) ki - tabelilik bağlayıcısıdır, mənaca aydınlaşdırma növündədir
B) uşağın - isimdir, yiyəlik haldadır
C) boyu - isimdir, adlıq haldadır, III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib
D) nəzərə alın - feldir, əmr şəklindədir
E) bapbalacadır - sifətdir, azaltma dərəcəsindədir
Feli birləşməni göstərin:
A) kömək etmək
B) məşğul olmaq
C) qohum olmaq
D) malik olmaq
E) vətəni qorumaq
Hansı cümlədə mürəkkəb zərfliyin əlavəsi işlənmişdir?
A) Ayseli, Aynurəni və Gülçöhrəni-bu əlaçı şagirdləri bütün müəllimlər tərifləyir.
B) Ağdaşda- bu səliqəli şəhərdə yaşıllıq çoxdur.
C) Uzaqda-Qoşqar dağının ətəyində alaçıqlar görünürdü.
D) Əmimgilin evi Xaqani küçəsində-teatrın yanında yerləşir.
E) Daşdəmiri-Həsənin dostunu yarışa apardılar.
Verilmiş xüsusiyyətlərdən biri məişət üslubu üçün xarakterik sayıla bilməz.
A) Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin dili də məişət üslubuna aiddir.
B) Bu üslub üz-üzə ünsiyyət vasitəsi olduğundan intonasiya və jest-hərəkətlər mühüm əhəmiyyət kəsb edir.
C) Məişət üslubunun konkret səciyyələndiricisi nitqin sərbəstliyidir.
D) Məişət üslubunda ləhcə xüsusiyyətləri daha çox özünü göstərir.
E) Məişət üslubunun yığcamlıq, sərbəstlik kimi mühüm əlamətləri ən tipik şəkildə dialoji nitq formasında üzə çıxır.
Biri sadə sözdür:
A) sərin
B) əkin
C) səpin
D) biçin
E) açıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top