Tapılan ümumi test sayı : 27

Bədii təsvir vasitəsini göstərin.
Bir yay kimi çatılmışdır Sarvanımın qaş-qabağı,
Bir-birinə qovuşdurur ayrı düşmüş iki dağı.
A) metafora
B) təzad
C) təşbeh
D) epitet
E) metonimiya
S.Ə.Şirvani yaradıcılığı haqqındakı fikirlərdən biri səhvdir:
A) Ədəbi irsinin böyük bir hissəsi lirik şerlərdən ibarətdir.
B) "Rəbiül-ətfal" adlı dərsliyi vardır.
C) Maarifçilik ideyalarının təbliğinə, ictimai bəlaların tənqidinə dair şerlər yazmışdır.
D) Həm klassik üslubda, həm də aşıq şeri tərzində şerlər yazmışdır.
E) Həm lirik, həm də epik əsərlər yazmışdır.
Ay həzarat, gəlin sizə söyləyim,
Bu dünyanın xəyanatı çıxıbdı.
İnsaflar azalıb, mürvət gödəlib,
Qazıların mazarratı çıxıbdı.
Bənd hansı sənətkarın əsərindəndir?
A) Molla Pənah Vaqif
B) Aşıq Ələsgər
C) Molla Vəli Vidadi
D) Qasım bəy Zakir
E) Abbas Tufarqanlı
M.Füzuli hansı əsərində Çaldıran müharibəsinə qarşı etiraz səsini qaldırır?
A) "Şikayətnamə"
B) "Rindü Zahid"
C) "Səhhət və Mərəz"
D) "Bəngü Badə"
E) "Yeddi cam"
Bunlardan biri M.Ə.Rəsulzadənin dramıdır:
A) "Qaranlıqda işıqlar"
B) "Keçmişdə qaçaqlar"
C) "Pəri cadu"
D) "Ana"
E) "Nadanlıq"
"Epik növün ən qədim janrlarından biridir. Həcmcə çox kiçik olur, lakin dərin məna ifadə edir. Tənqid, satira bu janrın ruhunu, canını təşkil edir. Sənətkar həyatda müşahidə etdiyi nöqsanları müəyyən  əşyalar, bitkilər və heyvanların simasında əks etdirir."
Bu, hansı janrdır?
A) hekayə
B) nağıl
C) lətifə
D) təmsil
E) novella
M.Ə.Sabirin ədəbi məktəbin Cənubi Azərbaycanda davamçısı:
A) M.Hadi
B) M.Möcüz
C) Ə.Nəzmi
D) Ə.Qəmküsar
E) M.S.Ordubadi
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanında Səmirə Aydının faciəsi nə vaxtdan başlayır?
A) institutda işdən azad edildiyi gündən
B) partiya sıralarından kənarlaşdırıldığı vaxtdan
C) Tacikistan çöllərinə sürgün edildiyi gündən
D) cəbhədə əsir alınmış həyat yoldaşı Midhətin "vətən xaini" elan edildiyi gündən
E) xəstəxanada Kamranla rastlaşdığı gündən
M.F.Axundzadənin şerlərində işlətdiyi təxəllüs:
A) Seyyid
B) Fani
C) "Vəkili-milləti-naməlum"
D) Səbuhi
E) Qüdsi
Hansı omonimlər müxtəlif nitq hissələrinə aiddir?
I göy      II bar       III dolu      IV kök      V əqrəb
A) I,IV
B) III,IV
C) I, IV, V
D) I,II,III
E) I,III,IV
Cüttərkibli geniş cümləni göstərin:
A) Mirzə Fətəli Axundzadə Azərbaycan dramaturgiyasının banisidir.
B) Bu günün işini sabaha qoymazlar.
C) Biz qəhrəmanları unutmayacağıq.
D) Uzun qış günlərindən biri idi.
E) Burada xəstələrə yaxşı baxırlar.
Şer parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin.
Deyirəm ki, uzaq yollarda susuzluq çəkən,
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın  bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaq olaydım.
A) 1 təyini, 1 işarə, 1 şəxs
B) 1 qeyri-müəyyən, 1 işarə, 1 şəxs
C) 1 təyini, 2 işarə, 1 şəxs
D) 2 təyini, 1 işarə, 1 şəxs
E) 1 sual, 1 işarə, 1 şəxs
Mücərrəd mənalı düzəltmə ismi göstərin.
A) çöküntü
B) tikinti
C) gözlük
D) soyutma
E) yaxşılıq
"Bu sözü sizə deyirəm ha..." cümləsindəki "ha" sözü ədatın mənaca ha?
A) sual
B) arzu
C) qüvvətləndirici
D) dəqiqləşdirici
E) məhdudlaşdırıcı
"Bu tədbir ardıcıl olaraq davam etdiriləcək" nümunəsində cümlə üzvlərindən hansı işlənməmişdir?
A) təyin
B) tamamlıq
C) mübtəda
D) zərflik
E) xəbər
Aşağıdakı nümunələrin neçəsi frazeoloji birləşmədir?
təpəyə qalxmaq, çayın sahili, üzə vurmaq, başa salmaq, kitabın cildi, maraqlı kitab, qara yaxmaq, gözə gətirmək
A) 6
B) 2
C) 5
D) 3
E) 4
Hansı söz səhv yazılıb?
A) bünövrə
B) bitki
C) xeyirxah
D) zambaq
E) xoşbəxt
Nitqə aid edilən əlamətlərdən biri yanlışdır:
A) Nitq fəaliyyətinin məhsuludur.
B) Törəmədir.
C) Dil əsasında meydana çıxır.
D) Dəyişməzdir.
E) Ünsiyyət prosesidir.
"Sarayın darvazası açıldı, içəridə qaraltılar səyrişdi, cəsarətsiz, qırıq səslər eşidildi"
tabesiz mürəkkəb cümləsində tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) səbəb-nəticə
B) aydınlaşdırma
C) ardıcıllıq
D) zaman
E) qarşılaşdırma
Dilçilik elminin məhəlli dil xüsusiyyətlərini öyrənən sahəsi:
A) leksikologiya
B) terminologiya
C) dialektologiya
D) orfoepiya
E) leksikoqrafiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top