Tapılan ümumi test sayı : 27

Məsdər hansı nitq hissələrinin xüsusiyyətlərini daşıyır?
A) fel, sifət
B) fel, say
C) fel, isim
D) fel, zərf
E) fel, əvəzlik
Kar-cingiltili samit cütlüyündən hansı səhvdir?
A) ş-j
B) k-g
C) p-b
D) x-q
E) ç-c
"Nəzərə alın ki, uşağın boyu bapbalacadır" cümləsinin morfoloji təhlilində səhv haradadır?
A) ki - tabelilik bağlayıcısıdır, mənaca aydınlaşdırma növündədir
B) boyu - isimdir, adlıq haldadır, III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənib
C) bapbalacadır - sifətdir, azaltma dərəcəsindədir
D) nəzərə alın - feldir, əmr şəklindədir
E) uşağın - isimdir, yiyəlik haldadır
Feli birləşməni göstərin:
A) vətəni qorumaq
B) qohum olmaq
C) malik olmaq
D) kömək etmək
E) məşğul olmaq
Hansı cümlədə mürəkkəb zərfliyin əlavəsi işlənmişdir?
A) Əmimgilin evi Xaqani küçəsində-teatrın yanında yerləşir.
B) Daşdəmiri-Həsənin dostunu yarışa apardılar.
C) Ayseli, Aynurəni və Gülçöhrəni-bu əlaçı şagirdləri bütün müəllimlər tərifləyir.
D) Ağdaşda- bu səliqəli şəhərdə yaşıllıq çoxdur.
E) Uzaqda-Qoşqar dağının ətəyində alaçıqlar görünürdü.
Verilmiş xüsusiyyətlərdən biri məişət üslubu üçün xarakterik sayıla bilməz.
A) Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin dili də məişət üslubuna aiddir.
B) Məişət üslubunun konkret səciyyələndiricisi nitqin sərbəstliyidir.
C) Məişət üslubunda ləhcə xüsusiyyətləri daha çox özünü göstərir.
D) Bu üslub üz-üzə ünsiyyət vasitəsi olduğundan intonasiya və jest-hərəkətlər mühüm əhəmiyyət kəsb edir.
E) Məişət üslubunun yığcamlıq, sərbəstlik kimi mühüm əlamətləri ən tipik şəkildə dialoji nitq formasında üzə çıxır.
Biri sadə sözdür:
A) açıq
B) səpin
C) sərin
D) əkin
E) biçin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top