Tapılan ümumi test sayı : 27

Altından xətt çəkilmiş sözlər hansı sırada omonimdir?
A) Uşağın dişi çıxır. Darağın dişi sındı
B) Uşağın boğazı ağrıyır. Qrafinin boğazı rənglidir.
C) Yüz ölç, bir biç.
D) Axşam  dolu yağdı. Ovçunun belindəki qatar patronla dolu idi.
E) Kağız torba davamsız olur. Bu qədər kağız nəyinə lazımdır?
C.Cabbarlıya aid edilmiş fikirlərdən biri səhvdir:
A) Yaradıcılığa "Bahar" adlı şerlə başlayıb.
B) "Babayi-Əmir" jurnalında satirik şerləri çap olunmuşdur.
C) Yalnız lirik və dramatik növdə əsərlər yazıb.
D) Tarixi mövzulara həsr olunmuş əsərlər müəllifidir.
E) "Ana" şerinin müəllifidir.
Bədii əsərdə təsvir edilən hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsi nə adlanır?
A) süjet
B) ekspozisiya
C) kulminasiya nöqtəsi
D) final
E) kompozisiya
Yaradıcılığının ilk dövründə "Hüseyni", "Seyyid Hüseyni", "Seyyid" təxəllüsü ilə yazıb-yaradan sənətkar:
A) Ş.İ.Xətai
B) Həbibi
C) İ.Nəsimi
D) F.Nəimi
E) İ.Həsənoğlu
Sən sənət eşqiylə vəcdə gələndə,
Bir Səməndər kimi odlara qalan.
Qoy bir el məsəli düzəldim mən də:
Dağ olmaq istəsən, dağa arxalan.
Bənddə hansı bədii təsvir vasitəsi işlənib?
A) metafora
B) epitet
C) litota
D) bədii təzad
E) təşbeh
N.Gəncəvini "Xosrov vəŞirin" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məsnəvi şəklində yazılıb.
B) Xosrov Şirinin təsiri ilə dəyişir və nəcib bir insana çevrilir.
C) Fərhad Çin hökümdarının oğlu kimi təqdim olunur.
D) Saf məhəbbətin tərənnümünə həsr olunub.
E) "Xəmsə"yə daxil olan ikinci poemadır.
S.Ə.Şirvaninin  bu təmsillərindən birində "Yaxşılıq itmir" ideyası təbliğ olunur:
A) "Siçan və Pişik"
B) "Ayı və Siçan"
C) "Aslan və iki öküz"
D) "Xoruz və Çaqqal"
E) "Qaz və Durna"
Əzizim, kətan sarı,
Ağ sarı, kətan sarı,
Çıxaydım Şah dağına,
Baxaydım Vətən sarı.
Şerin janrını və necə qafiyələndiyini göstərin.
A) Rübaidir, aaba şəklində qafiyələnmişdir.
B) Mərasim nəğməsidir, aaba şəklində qafiyələnmişdir.
C) Sayaçı sözüdür, aaba şəklində qafiyələnmişdir.
D) Holavardır, aaba şəklində qafiyələnmişdir.
E) Bayatıdır, aaba şəklində qafiyələnmişdir.
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindən götürmüş aşağıdaki sözlər kimin dilindən deyilir?
"... həkimi çağır... Xudaya, şükür... Qəribə müsibətdir! Müsibəti-müsəlman! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, nə eyləmək, qəza işidir..."
A) Səadət xanım
B) Fəxrəddin bəy
C) Gülbahar
D) Rüstəm bəy
E) Cahangir bəy
R.Rza şerlərinin birində "O kəs ki, torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindədir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Pəncərəmə düşən işıq"
B) "Vətən"
C) "Çinar"
D) "Bu gün"
E) "Rənglər"
Aşağdakılardan biri romantizm ədəbi cərəyanın nümayəndəsi deyil:
A) H.Cavid
B) Məhəmməd Hadi
C) Əliqulu Qəmküsar
D) Abbas Səhhət
E) Abdulla Şaiq
Konkret isimləri göstərin:
A) ətək, ağac
B) düşüncə, duyğu
C) sevgi, həyat
D) xeyirxahlıq, istək
E) dostluq, kədər
Hansı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərlər vardır?
1. Görüşməyimizdən bir həftə sonra getdi.
2. Atam tapşırdı ki, dərsə gecikməyim.
3. O, yaxşı oxumağımız üçün heç nəyi əsirgəmirdi.
4. Deməyindən belə çıxırdı ki, xəbəri yoxdur.
A) 2, 4
B) 1, 3
C) 1, 4
D) 1, 2
E) 3, 4
Felin aşağıdakı növlərindən birində iş görən qrammatik cəhətdən məlum olmur:
A) qarşılıq-birgəlik
B) qayıdış
C) icbar
D) məlum
E) məchul
Bədii üslubda müəllifin dilində (təhkiyədə) yol verilmir:
A) sinonim, omonim və antonimlərdən istifadəyə
B) bədii təsvir və ifadə vasitələrinə
C) obrazlıq və emosionallıq yaradan ifadələrə
D) dialektizmlə, vulqar və loru sözlərlə, valvarizmlə
E) məcaziliyə, çoxmənanılığa
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi, əsasən, cümlənin hansı üzvü olur?
A) zərflik
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) təyin
"Ürəyindən keçir ki, böyüyəndə zabit olsun" tabeli mürəkkəb cümlənin növünü göstərin:
A) xəbər budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) səbəb budaq cümləsi
D) məqsəd budaq cümləsi
E) tamamlıq budaq cümləsi
"Seçki" sözünün fonetik təhlilindəki səhv hansı sıradadır?
A) [e]-incə, açıq, dodaqlanmayan saitdir.
B) [i]-incə, qapalı, dodaqlanmayan saitdir.
C) İki hecalıdır, vurğu sonuncu hecaya düşür.
D) Samitlərin hər üçü kardır.
E) Beş hərf, beş səsdən ibarətdir.
Elə,məhz,əsl, ədatlarının mənaca növünü göstərin:
A) Dəqiqləşdirici
B) Qüvvətləndirici
C) Əmr
D) Sual
E) Məhdudlaşdırıcı
Təyinin feli sifət tərkibi ilə ifadə olunduğu cümləni göstərin.
A) Çox oxuyan adam məlumatlı olar.
B) Keçilməz dağ kimi kəsdik yolunu.
C) Məmməd deyəcəyi mətləbi çox uzadırdı.
D) İşin düşər-düşməzi olar.
E) Bal tutan barmaq yalar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top