Tapılan ümumi test sayı : 27

Sifətlərin cümlədəki rolunu müəyyənləşdirin.
Xeyirxah əməllər, nəcib işlər heç vaxt unudulmaz.
A) mübtəda
B) mübtəda, tamamlıq
C) təyin, tamamlıq
D) hər ikisi təyin
E) hər ikisi tamamlıq
Düzgün nitq o nitq forması sayılır ki:
A) Obrazlılıq və məcazilikdən geniş istifadə edilsin:
B) Terminlərdən istifadə etməklə elmilik gözlənilsin.
C) Ancaq ümumişlək sözlərdən ibarət olsun.
D) Dilin fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın.
E) Yığcamlıq, sadəlik tələblərinə əməl edilsin.
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin:
A) l, m, ş, s, n, d
B) x, b, t, v, ş, ğ
C) p, t, ş, s, x, f
D) p, f, x, t, q, y
E) k, z, g, ç, h, j
Hansı cümlədəki sözlərin iki leksik şəkilçisi vardır?
A) qumsallıq, sənətkarın, bağçılıqdan
B) döyüşkən, kitabxanaçı, güldandakı
C) qəhrəmanlıq, gülçülük, ovlaqda
D) yoldaşda, kitabxana, sürətli
E) bağçada, əkinçilik, çalışqanların
Verilmiş cümlədə neçə cümlə üzvü var?
Görünür, o, bütün gecəni işləyəcək.
A) 2
B) 3
C) 4
D) 6
E) 5
Yazının ən mükəmməl, ən çevik forması:
A) hərfi yazı
B) şəkli yazı
C) əşyavi yazı
D) fikri yazı
E) fikri və hərfi yazı
Çoxmənalı sözü göstərin:
A) oğul
B) çay
C) insan
D) ayaq
E) top
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top