Tapılan ümumi test sayı : 27

Sifətlərin cümlədəki rolunu müəyyənləşdirin.
Xeyirxah əməllər, nəcib işlər heç vaxt unudulmaz.
A) hər ikisi tamamlıq
B) hər ikisi təyin
C) təyin, tamamlıq
D) mübtəda
E) mübtəda, tamamlıq
Düzgün nitq o nitq forması sayılır ki:
A) Ancaq ümumişlək sözlərdən ibarət olsun.
B) Yığcamlıq, sadəlik tələblərinə əməl edilsin.
C) Dilin fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın.
D) Terminlərdən istifadə etməklə elmilik gözlənilsin.
E) Obrazlılıq və məcazilikdən geniş istifadə edilsin:
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin:
A) x, b, t, v, ş, ğ
B) k, z, g, ç, h, j
C) l, m, ş, s, n, d
D) p, t, ş, s, x, f
E) p, f, x, t, q, y
Hansı cümlədəki sözlərin iki leksik şəkilçisi vardır?
A) qumsallıq, sənətkarın, bağçılıqdan
B) yoldaşda, kitabxana, sürətli
C) qəhrəmanlıq, gülçülük, ovlaqda
D) bağçada, əkinçilik, çalışqanların
E) döyüşkən, kitabxanaçı, güldandakı
Verilmiş cümlədə neçə cümlə üzvü var?
Görünür, o, bütün gecəni işləyəcək.
A) 6
B) 4
C) 2
D) 5
E) 3
Yazının ən mükəmməl, ən çevik forması:
A) şəkli yazı
B) hərfi yazı
C) fikri və hərfi yazı
D) fikri yazı
E) əşyavi yazı
Çoxmənalı sözü göstərin:
A) top
B) oğul
C) çay
D) ayaq
E) insan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top