Tapılan ümumi test sayı : 28

"Aldanmış kəvakib" əsərindəki surətlərdən biri İslam dininin müqəddəs qanunlarını təhrik edir. Misilsiz yaltaqlıq nümunəsi göstərərək Səfəvilər sülaləsinin peyğəmbər nəslindən olduğunu deyir:
A) Mirzə Yəhya
B) Mirzə Möhsün
C) Mövlana Cəmaləddin
D) Sərdar Zaman xan
E) Axund Səməd
M.Füzulinin yaradıcılığı haqqında səhv fikir hansıdır?
A) Ərəb dilindəki şerləri cəmi 12 qəsidədən ibarətdir.
B) Ana dilindəki divanında həm klassik, həm də xalq şeri üslubunda yazdığı şerləri toplanmışdır.
C) Bir çox qəsidə, qitə və rübailərin də müəllifidir.
D) Yaradıcılığında qəzəl janrı əsas yer tutur.
E) Həm nəzmlə, həm də nəsrlə yazılmış əsərləri vardır.
M.Şəhriyarın:
"Bizim ki süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur"
misraları şairlərimizdən kimin şeri ilə ideya və məzmun baxımından səsləşir?
A) Q.Zakirin
B) M.P.Vaqifin
C) S.Ə.Şirvaninin
D) S.Vurğunun
E) S.Rüstəmin
"Palajeniya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm.
Dəxi də artırır bu əhli-sistəm,
Yanında çalınan zurnayə bir bax!" - bəndində Q.Zakir nəyə işarə etmişdi?
A) Bəylər kef içindədir, kəndlilər isə zülm altında inləyirlər.
B) Bu qanun bəylərin əl-qolunu bağlamışdır, onlar öz imtiyazlarının ləğvindən narazı olduqlarını bildirirlər.
C) Kəndlinin ah-fəryadı bəy üçün toy-bayramdır.
D)  Bəylik imtiyazlarının ləğvi haqqında qanun bəylər üçün oyun-oyuncaqdır.
E) Bəylər şər əhlidir, kəndlini incitməkdən həzz alırlar.
Xaqaninin "Töhvətül-İraqeyn" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə şair Mədain xərabələrini dövrünün şahlarına ibrət kimi göstərir.
B) Poemada Xaqani Şirvanşahlar sarayında gördüyü zülmlərə qarşı etirazını da bildirir.
C) Əsər Azərbaycan ədəbiyyatı tarixində məsnəvi formasında yazılmış ilk poemadır.
D) Poemada avtobioqrafik məqamlar da vardır.
E) Poema yarı xatirə, yarı səfərnamə səciyyəvi daşıyır.
"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Dastanın girişində Dədə Qorqudun dili ilə atalar sözləri verilir.
B) Dastandakı boylar orta yüzilliklərin ilkin çağlarının həyatı ilə səsləşir.
C) Dastanda oğuzlar İç və Dış Oğuz olmaqla iki yerə ayrılır.
D) XI boyda İç Oğuzla Dış Oğuzun birliyi pozulur.
E) Boylarda əhvalatların hamısı Dədə Qorqudun dili ilə verilir.
Aşağıdakı bənddə bir təşbeh, bir mübaliğə işlənmişdir. Bunlar hansı misralardadır?
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül, nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
A) mübaliğə III, təşbeh IV misrada
B) təşbeh I, mübaliğə III misrada
C) təşbeh II, mübaliğə III misrada
D) mübaliğə II, təşbeh III misrada
E) mübaliğə I, təşbeh III misrada
M.Müşfiqin "Yenə o bağ olaydı..." şeri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məhəbbət mövzusundadır.
B) Lirik şerdir.
C) İctimai hisslər də öz əksini tapmışdır.
D) Abşeron bağlarının yay mövsümü təsvir olunur.
E) Lirik qəhrəmanın öz sevgilisi ilə deyişməsi şəklində qurulmuşdur.
Erkən saray ədəbiyyatında qəsidənin hansı növü yaranmışdır?
A) fəxriyyə, həcv, qəzəl, müstəzad
B) tərkibbənd, rübai, mədhiyyə, nət
C) minacat, nət, mədhiyyə, fəxriyyə
D) nət, müstəzad, tərkibbənd, həcv
E) həcv, mərsiyə, rübai, qəzəl
Göstərilənlərdən biri romantik əsərlər sırasına daxil deyildir:
A) C.Məmmədquluzadə. "Ölülər"
B) C.Cabbarlı. "Oqtay Eloğlu"
C) M.Hadi. "Əlvahi-intibah"
D) A.Şaiq. "İdeal və insanlıq"
E) H.Cavid. "İblis"
Nitqin dəqiqliyi dedikdə nə başa düşülür?
A) nitqin ədəbi tələffüz baxımdan dəqiqliyi
B) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq
C) yazılı nitqin orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından səliqə-sahmanlı olması
D) dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək
E) ən məqsədəuyğun, üslub baxımından ən uğurlu dil vasitələrini tapıb işlətmək
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) ismin
B) zərfin
C) felin
D) əvəzliyin
E) sifətin
Hansı cərgədəki sözlər antonim deyil?
A) ağır-yüngül
B) qalın-incə
C) bərk-yumşaq
D) alçaq-hündür
E) qısa-gödək
Ürəyiaçıq mürəkkəb sifətinin tərkib hissələrini göstərin:
A) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
B) təsirlik hal şəkilçili isim və sadə sifət
C) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
D) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
E) mənsubiyyət şəkilçili isim və sadə sifət
"Molla Nəsrəddinin" borcu keçəl qardaşlarını xəbərdar etməkdir ki, düşmənlərini tanısınlar"  cümləsi tabeli mürəkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləli
B) məqsəd budaq cümləli
C) xəbər budaq cümləli
D) təyin budaq cümləli
E) mübtəda budaq cümləli
Fikirlərdən biri bədii üslub üçün xarakterik sayıla bilməz:
A) Obrazlı, emosional nitq formasıdır.
B) O, eyni zamanda, milli ictimai təfəkkür forması olub, mətbuatda funksionallaşır.
C) Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır.
D) O, şer dili, nəsr dili, dramaturgiya dili kimi formalaşır.
E) Bədii üslubun obrazlılığı dilin müxtəlif sahələrində (fonetikada və qrammatikada) özünü göstərir.
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur?
A) dəftər, qələm, ağac
B) lazım, qara, mixək
C) sabit, katib, müzakirə
D) qotaz, qapı, papaq
E) mühit, günəş, doğruluq
Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?
A) orfoepiya
B) leksika
C) fonetika
D) orfoqrafiya
E) əlifba
Görmüşsənsə sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -sə-felin şərt şəklinin şəkilçisi
B) gör-sözün kökü; fel
C) təsirli feldir, təsdiqdədir
D) -sən-şəxs şəkilçisi
E) -müş-felin nəqli keçmiş zaman şəkilçisi
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni yazı mədəniyyətinə malik olan dillərə
B) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
C) eyni tarixi inkişaf yolu keçmiş dillərə
D) eyni kökdən törəyən qohum dillərə
E) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top