Tapılan ümumi test sayı : 28

İnsan anlayışı bildirən düzəltmə sözlər cərgəsini göstərin:
A) dostluq, gurultu
B) döyənək, düşüncə
C) vətəndaş, məktəbli
D) belə söz cərgəsi yoxdur
E) meydança, turşu
Omonim şəkilçilərin cərgəsini göstərin:
A) -pərəst, -xana, -şünas, -gər
B) -anti, -bi, -ba, -na
C) -ır4, -lar2, -sız4, -lıq4
D) -malı2, -acaq2, -ası2, -ın4
E) -dan2, -iyyət, -dan, -i
Avtobus sözünün fonetik təhlilində buraxılmış səhvi göstərin:
A) Üç hecalı sözdür, vurğu ikinci hecaya düşür.
B) Yazılışı ilə tələffüzü arasında heç bir fərq yoxdur.
C) Sözdə səs və hərflərin sayı eynidir.
D) [a] qalın, açıq, dodaqlanmayan, [o], [u] qalın, dodaqlanan saitlərdir.
E) Ahəng qanunu pozulmamışdır.
"Sizi düşündürən o sirr, o hikmət,
 O böyük həqiqət, o böyük qüvvət
Nə malım, nə mülküm, nə dövlətimdir
O, mənim xalqıma məhəbbətimdir" nümunəsində hansı üzvlər həmcinsdir?
A) mübtəda, xəbər
B) zərflik, təyin
C) tamamlıq, təyin
D) mübtəda, zərflik
E) xəbər, tamamlıq
Cümlələrdən hansında əlavə cümləsi işlənmişdir?
A) -İşə başlaya bilərik, - deyə Saleh ayağa qalxdı.
B) Söz ver ki, məndən inciməyəcəksən, əlindən gələn köməyi əsirgəməyəcəksən.
C) Axan bulaq, ötən bülbül, açan gül! Siz necə də gözəlsiniz!..
D) Hasarın o tayında yüz yaşını keçmiş xartut ağacının xışıltısından - yüngül gilavar tutun yarpaqlarını xışıldadırdı - başqa bir səs yox idi.
E) Bakı, Bakı, gözəl diyar!
    Qəhrəmanlıq şöhrətin var.
Hansı cərgədəki sözlərin hər ikisi çoxmənalıdır?
A) çay, top
B) tar, əsər
C) mən, dolu
D) qaz, beş
E) göz, baş
Verilmiş II növ təyini söz birləşmələrindən hansını III növdə işlətmək olmur?
A) insan taleyi
B) şəhər kənarı
C) Kür sahili
D) Dirçəliş günü
E) dağ havası
Cümlələrdən hansında çağırış nidası var?
A) -Ay qız, qazı ağa evdədir?
B) -Ah, yazıq babalar, yazıq babalar...
C) -Ay-ay-ay, güllər əzildi.
D) -Vay-vay su kəsildi ki!
E) -A, nə yaxşı! Mənim də adım Sədəfdir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top