Tapılan ümumi test sayı : 28
21)
İnsan anlayışı bildirən düzəltmə sözlər cərgəsini göstərin:
Xəta bildir
A)
vətəndaş, məktəbli
B)
belə söz cərgəsi yoxdur
C)
döyənək, düşüncə
D)
meydança, turşu
E)
dostluq, gurultu
22)
Omonim şəkilçilərin cərgəsini göstərin:
Xəta bildir
A)
-anti, -bi, -ba, -na
B)
-ır4 , -lar2 , -sız4 , -lıq4
C)
-malı2 , -acaq2 , -ası2 , -ın4
D)
-dan2 , -iyyət, -dan, -i
E)
-pərəst, -xana, -şünas, -gər
23)
Avtobus sözünün fonetik təhlilində buraxılmış səhvi göstərin:
Xəta bildir
A)
Sözdə səs və hərflərin sayı eynidir.
B)
Ahəng qanunu pozulmamışdır.
C)
[a] qalın, açıq, dodaqlanmayan, [o], [u] qalın, dodaqlanan saitlərdir.
D)
Üç hecalı sözdür, vurğu ikinci hecaya düşür.
E)
Yazılışı ilə tələffüzü arasında heç bir fərq yoxdur.
24)
"Sizi düşündürən o sirr, o hikmət,
O böyük həqiqət, o böyük qüvvət
Nə malım, nə mülküm, nə dövlətimdir
O, mənim xalqıma məhəbbətimdir" nümunəsində hansı üzvlər həmcinsdir?
Xəta bildir
A)
tamamlıq, təyin
B)
xəbər, tamamlıq
C)
mübtəda, xəbər
D)
zərflik, təyin
E)
mübtəda, zərflik
25)
Cümlələrdən hansında əlavə cümləsi işlənmişdir?
Xəta bildir
A)
Söz ver ki, məndən inciməyəcəksən, əlindən gələn köməyi əsirgəməyəcəksən.
B)
Hasarın o tayında yüz yaşını keçmiş xartut ağacının xışıltısından - yüngül gilavar tutun yarpaqlarını xışıldadırdı - başqa bir səs yox idi.
C)
Bakı, Bakı, gözəl diyar!
Qəhrəmanlıq şöhrətin var.
D)
Axan bulaq, ötən bülbül, açan gül! Siz necə də gözəlsiniz!..
E)
-İşə başlaya bilərik, - deyə Saleh ayağa qalxdı.
26)
Hansı cərgədəki sözlərin hər ikisi çoxmənalıdır?
Xəta bildir
A)
mən, dolu
B)
çay, top
C)
qaz, beş
D)
tar, əsər
E)
göz, baş
27)
Verilmiş II növ təyini söz birləşmələrindən hansını III növdə işlətmək olmur?
Xəta bildir
A)
Kür sahili
B)
Dirçəliş günü
C)
insan taleyi
D)
şəhər kənarı
E)
dağ havası
28)
Cümlələrdən hansında çağırış nidası var?
Xəta bildir
A)
-Ay-ay-ay, güllər əzildi.
B)
-Ah, yazıq babalar, yazıq babalar...
C)
-Ay qız, qazı ağa evdədir?
D)
-Vay-vay su kəsildi ki!
E)
-A, nə yaxşı! Mənim də adım Sədəfdir.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab