Tapılan ümumi test sayı : 52

Fikirlərdən biriM.P.Vaqif yaradıcılığı üçün səciyyəvi deyildir:
A) Poeziyanın dil, üslub və forma baxımından ədəbiyyatımızda yeni mərhələ olması
B) Yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir ədəbi məktəbin bünövrəsinin qoyulması
C) Poeziyasının xəlqiliyi, təbiiliyi və realizmi
D) Yaradıcılığı ilə xalq şerinin zənginliyini yazılı ədəbiyyatda nümayiş etdirməsi
E) Yalnız klassik şer janrlarında yazıb yaratması
"Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər,
Bülbülün bala vaxtıdır."
Nümunənin janrını və müəllifini müəyyənləşdirin.
A) Gəraylı, Sarı Aşıq
B) Gəraylı, Aşıq Abbas Tufarqanlı
C) Qoşma, Aşıq Abbas Tufarqanlı
D) Tıcnis, Xəstə Qasım
E) Qoşma, Xəstə Qasım
Q.Zakir və S.Ə.Nəbati yaradıcılığı üçün ortaq əlamət:
A) Təbiət mövzusunda şerlərə geniş yer verilməsi
B) Həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində şerlərin yazılması
C) Həm lirik, həm də epik əsərlərin yazılması
D) İlahi məhəbbət ideyalarının geniş təbliği
E) Dövrün ictimai eyiblərini tənqid edən satirik şerlərin yazılması
Aşağıdakı səhnə əsərindən biri C.Məmmədquluzadənin deyil.
A) "Ölülər"
B) "Kamança"
C) "Dəli yığıncağı"
D) "Çay dəstgahı"
E) "Dağılan tifaq"
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə respublikanın o dövrdəki rəhbəri Mollayevin cinayətkar əməlləri tənqid olunur.
B) Roman Səmirənin gündəliyi şəklində yazılmışdır.
C) İnstitut direktoru Səmədov namuslu, vicdanlı ziyalı surətidir.
D) Roman repressiya mövzusuna həsr olunmuşdur.
E) Baş qəhrəman Səmirə Aydındır.
Bunlardan biri nəzmin əlamətlərindən sayıla bilməz:
A) Daha çox emosionallıq
B) Misralarda sözlərin özünəməxsus nizamla düzülməsi
C) Normal söz sırasına mütləq əməl olunması
D) Vəzn, qafiyə, janr baxımından müəyyən tələblərə əməl olunması
E) Ahəng (ritm)
"Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli,qalalı dağlar."
Bəndin misradaxili bölgüsünü və onda işlənmiş bədii təsvir vasitəsini göstərin.
A) 4-4-3, metafora
B) 5-6, təşbeh
C) 6-5, metafora
D) 5-6, epitet
E) 6-5, təşbeh
Beytin müəllifi kimdir?
O qara xalı mənə versələr, qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda?
A) İ.Nəsimi
B) S.Ə.Şirvani
C) M.Füzuli
D) Q.Zakir
E) S.Ə.Nəbati
Altından xətt çəkilmiş sözlər hansı məna qrupuna daxildir?
Gəncənin bu dağları,
Gül açmış budaqları.
Ölsəm,sinəmdən getməz,
Yarımın bu dağları.
A) dialekt sözüdür
B) təkmənalı sözdür
C) omonimdir
D) antonimdir
E) sinonimdir
Yazı haqqında səhv fikir hansıdır?
A) İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur.
B) Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır.
C) Sillabik yazı hərfi yazının ilk mərhələsi idi.
D) Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır.
E) Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
"Üstünlük" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.
1. Sözdə 8 hərf, 8 səs vardır.
2. Deyilişi ilə yazılışı fərqlənmir.
3. [ü] - oncə, dodaqlanan, qapalı saitdir.
4. Sözdəki [s] kar, [t], [x`] kar; [n], [l] cingiltili samitlərdir.
5. Sözdə incə saitərin ahəngi vardır.
6. Vurğusu ikinci hecaya düşür.
A) 3, 4, 5
B) 2, 3, 6
C) 1, 3, 5
D) 1, 4, 5
E) 2, 5, 6
Hansı bənddə qara hərflərlə verilmiş isimlər yiyəlik haldadır?
I. Nağılların çox maraqlı idi baba.
II. Şəklin arxasında yazı var idi.
III. Rəngin niyə ağardı?
IV. Nağılın bu yeri qızcığazı qorxutdu.
V. Şəklin divarda asılmışdı.
A) II, IV
B) II, V
C) III, IV
D) I, II
E) I, V
Felin təsrifənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız  feli sifətə aiddir:
A) Ətrafına söz toplaya bilmək.
B) Cümlədə təyin olmaq
C) Təsirli və təsirsiz olmaq
D) Növ bildirmək
E) Təsdiq və inkarda olmaq
Nümunələrdən birində cümlə üzvləri arasında tabesizlik əlaqəsi var:
A) Təzə evimiz kəndin ətəyində yerləşir.
B) Evi, eşiyi, həyəti tamam təmizlədi.
C) Gözəl bahar yurdumuza qonaq gəlir.
D) Zəng vuruldu, müəlim gəldi.
E) Biz onu tapanda artıq gec idi.
Eyniköklü sözlərin sırasını göstərin.
A) güləş, güldan, gülüş
B) yeknəsəq, yekəxana, yekrəng
C) dağlı, Dağıstan, dağlıq
D) yaşıl, yaşıd, yaşmaq
E) bağban, bağlamaq, bağça
"Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular" cümləsində ədəbi diin hansı norması pozulmuşdur?
A) orfoepik
B) qrammatik
C) orfoqrafik
D) fonetik
E) leksik
Cümlələrdən yalnız birində vergül qoyulmasını düzgün hesab etmək olar:
A) Mən ki, sənin barəndə pis söz deməmişəm.
B) Halbuki, Vaqif bu işi hamıdan yaxşı bacarırdı.
C) Mənim o, məktubdan xəbərim yoxdur.
D) Bu torpaqda, nar da yaxşı bitir.
E) Təranə, ancaq sənə inanıram.
"Mən əminəm ki, yarışı udacağıq" cümləsinin morfoloji təhlilindəki səhv haradadır?
A) yarışı-sadə isimdir, təsirlik haldadır.
B) mən-şəxs əvəzliyidir.
C) ki-tabelilik bağlayıcısıdır.
D) əminəm-feldir, iniki zamandadır.
E) udacağıq-feldir, qəti-gələcək zamandadır.
Səbəb zərfi hansı cümlədədir?
A) Bu güllərin günəşdən qorxusu yoxdur.
B) Uşaqdan ötrü yamanca darıxıram.
C) İstidən hamı bərk tərləmişdi.
D) Soyuq olduğu üçün uşaqlar evə getdilər.
E) Dünəndən güclü külək əsir.
"Mən səni necə inandırımki yanlış yol tutmuşsan?" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) tamamlı budaq cümləli
B) təyin budaq cümləli
C) tərzi-hərəkət budaq cümləli
D) xəbər budaq cümləli
E) şərt budaq cümləli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top