Tapılan ümumi test sayı : 52

Neçə sözdə səslərin sayı hərflərin sayından çoxdur:
Müqavilə, faiz, müvəqqəti, bölgə, əvvəl, müdafiə, səadət
A) 3
B) 5
C) 2
D) 1
E) 4
Bunlardan biri obrazlılığın fonetik göstəriciləri sırasında verilə bilməz:
A) assonans
B) inversiya
C) təkər
D) alliterasiya
E) intonasiya
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) qatıq, kağız, dəftər
B) arxalıq, kənd, sahə
C) xurcun, şəkər, inqilab
D) nəlbəki, çaynik, kitab
E) çarıq, damu, ayıtamaq
Çoxaltma dərəcəli sifətlərin sırasını göstərin.
A) ağappaq, tərtəmiz, yaxşıca
B) gömgöy, qapqara, açıq-sarı
C) uzunsov, ağımtraq, qırmızımtıl
D) sapsarı, yaşıl, bozumtul
E) dümağ, yamyaşıl, ağımtıl
Hansı cümlələrdə zərflik xüsusiləşmişdir?
1. Sədr xəstə olduğu halda, yenə idarədəki işlərindən qalmırdı.
2. Kişi sevincək halda sözə başladı.
3. Bu gün havanın xoş olduğuna baxmayaraq, o, gəzintiyə çıxmaqdan ehtiyat edirdi.
4. Həyətdəki qonşular, hətta Səlimnaz arvadla Püstəxanım da Xanların buraya gəlişindən xəbərsiz idilər.
5. Uşaqlar bütün kitabları, o cümlədən jurnal və qəzetləri səliqə ilə rəflərə yığdılar.
A) 2, 4, 5
B) 1, 3
C) 4, 5
D) 1, 2, 4
E) 3, 4
Biri ümumi şəxsli cümlə deyil:
A) Dostu dar gündə tanıyarlar.
B) Hamı gərək el adətlərinə hörmətlə yanaşsın.
C) Sənət seçəndə də gərək tələsməyəsən.
D) Həyata əyləncə gözü ilə baxmazlar.
E) İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
B) "1905-ci ilə", "Dönüş"
C) "Ulduz", "Ədirnə fəthi"
D) "Aydın", "Od gəlini"
E) "Solğun çiçəklər", "Nsrəddin şah"
N.Vəzirovun "Pəhləvani-zəmanə" əsəri ilə ədəiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
B) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazlarının gətirilməsi
C) Bakı neftinin dünya bazarına çıxarılmasının təsviri
D) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
E) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) vətən, yurd sevgisi
B) yüksək səmimiyyət, səxavət
C) əməyə bağlılıq
D) düşmənə heç vaxt aman verilməməsi
E) rəhmdillik
Bu janrlardan biri heca vəznində yazılmır:
A) layla
B) tuyuq
C) gəraylı
D) qoşma
E) holavar
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakkı fikirlərdən biri yanlışdır:
A) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmasına icazə verilməmişdi.
B) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
C) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
D) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
E) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
"Salam verdim, "rüşvət deyildir", - deyə almdılar" ifadəsi Füzulinin hansı əsərindəndir?
A) "Rindü Zahid"
B) "Söhbətül-əsmar"
C) "Ənisül-qəlb"
D) "Səhhət və Mərəz"
E) "Şikayətnamə"
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanış kəvakib" povesti yazımışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə başlamışdır.
4. Poeziyamızda tənqidi-satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 2, 4, 6
B) 1, 2, 3
C) 1, 4, 6
D) 1, 3, 5
E) 2, 4, 5
Qoymaram yadları girsin qoynuna,
İzn ver qolumu salım boynuna.
Sənin bayramına sənin toyuna,
Dili bir, canı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Şerin müəllifi kimdir?
A) R.Rza
B) M.Müşfiq
C) S.Rüstəm
D) M.Rahim
E) S.Vurğun
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) İzəddin Fələki Şirvani
B) Qivami Mütərrizi
C) Xətib Təbrizi
D) Mücirəddin Beyləqani
E) Əbül-üla Gəncəvi
Hansı cərgədəki sölər flektiv dil tipinə aiddir?
A) böyük, böyüdücü, böyüklük
B) qaç, qaçaq, qaçqın
C) yaz, yazı, yazıçı
D) hökm, hakim, məhkəmə
E) dil, dilçi, dilli
"-ası2" şəkilçisi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?
A) Felin vacib şəkli və feli sifət
B) Felin lazım şəkli və feli sifət
C) Felin lazım şəkli və feli bağlama
D) Felin lazım və şərt şəkilləri
E) Feli sifət və feli bağama
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qaoalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 1, 5
B) 2, 4
C) 1, 3
D) 4, 6
E) 2, 5
Say hansı nitq hissəsini izah edir?
A) zərfi
B) sifəti
C) feli
D) ismi
E) əvəzliyi
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə - babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!"
B) "V, - m, -v"
C) M: "V!" - m
D) M: "V", - m
E) "V", - m
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top