Tapılan ümumi test sayı : 52

Neçə sözdə səslərin sayı hərflərin sayından çoxdur:
Müqavilə, faiz, müvəqqəti, bölgə, əvvəl, müdafiə, səadət
A) 3
B) 4
C) 5
D) 2
E) 1
Bunlardan biri obrazlılığın fonetik göstəriciləri sırasında verilə bilməz:
A) inversiya
B) intonasiya
C) assonans
D) alliterasiya
E) təkər
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) qatıq, kağız, dəftər
B) arxalıq, kənd, sahə
C) nəlbəki, çaynik, kitab
D) çarıq, damu, ayıtamaq
E) xurcun, şəkər, inqilab
Çoxaltma dərəcəli sifətlərin sırasını göstərin.
A) gömgöy, qapqara, açıq-sarı
B) sapsarı, yaşıl, bozumtul
C) uzunsov, ağımtraq, qırmızımtıl
D) dümağ, yamyaşıl, ağımtıl
E) ağappaq, tərtəmiz, yaxşıca
Hansı cümlələrdə zərflik xüsusiləşmişdir?
1. Sədr xəstə olduğu halda, yenə idarədəki işlərindən qalmırdı.
2. Kişi sevincək halda sözə başladı.
3. Bu gün havanın xoş olduğuna baxmayaraq, o, gəzintiyə çıxmaqdan ehtiyat edirdi.
4. Həyətdəki qonşular, hətta Səlimnaz arvadla Püstəxanım da Xanların buraya gəlişindən xəbərsiz idilər.
5. Uşaqlar bütün kitabları, o cümlədən jurnal və qəzetləri səliqə ilə rəflərə yığdılar.
A) 3, 4
B) 1, 3
C) 2, 4, 5
D) 1, 2, 4
E) 4, 5
Biri ümumi şəxsli cümlə deyil:
A) Həyata əyləncə gözü ilə baxmazlar.
B) Sənət seçəndə də gərək tələsməyəsən.
C) Hamı gərək el adətlərinə hörmətlə yanaşsın.
D) İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən.
E) Dostu dar gündə tanıyarlar.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "Ulduz", "Ədirnə fəthi"
B) "Aydın", "Od gəlini"
C) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
D) "Solğun çiçəklər", "Nsrəddin şah"
E) "1905-ci ilə", "Dönüş"
N.Vəzirovun "Pəhləvani-zəmanə" əsəri ilə ədəiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
B) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
C) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazlarının gətirilməsi
D) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
E) Bakı neftinin dünya bazarına çıxarılmasının təsviri
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) düşmənə heç vaxt aman verilməməsi
B) vətən, yurd sevgisi
C) yüksək səmimiyyət, səxavət
D) əməyə bağlılıq
E) rəhmdillik
Bu janrlardan biri heca vəznində yazılmır:
A) gəraylı
B) holavar
C) tuyuq
D) qoşma
E) layla
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakkı fikirlərdən biri yanlışdır:
A) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
B) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
C) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmasına icazə verilməmişdi.
D) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
E) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
"Salam verdim, "rüşvət deyildir", - deyə almdılar" ifadəsi Füzulinin hansı əsərindəndir?
A) "Şikayətnamə"
B) "Söhbətül-əsmar"
C) "Rindü Zahid"
D) "Ənisül-qəlb"
E) "Səhhət və Mərəz"
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanış kəvakib" povesti yazımışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə başlamışdır.
4. Poeziyamızda tənqidi-satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 2, 4, 5
B) 1, 2, 3
C) 2, 4, 6
D) 1, 4, 6
E) 1, 3, 5
Qoymaram yadları girsin qoynuna,
İzn ver qolumu salım boynuna.
Sənin bayramına sənin toyuna,
Dili bir, canı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Şerin müəllifi kimdir?
A) M.Rahim
B) S.Rüstəm
C) R.Rza
D) S.Vurğun
E) M.Müşfiq
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) Xətib Təbrizi
B) Mücirəddin Beyləqani
C) Əbül-üla Gəncəvi
D) İzəddin Fələki Şirvani
E) Qivami Mütərrizi
Hansı cərgədəki sölər flektiv dil tipinə aiddir?
A) qaç, qaçaq, qaçqın
B) hökm, hakim, məhkəmə
C) yaz, yazı, yazıçı
D) dil, dilçi, dilli
E) böyük, böyüdücü, böyüklük
"-ası2" şəkilçisi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?
A) Felin lazım və şərt şəkilləri
B) Felin lazım şəkli və feli sifət
C) Felin lazım şəkli və feli bağlama
D) Felin vacib şəkli və feli sifət
E) Feli sifət və feli bağama
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qaoalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 1, 5
B) 4, 6
C) 2, 5
D) 2, 4
E) 1, 3
Say hansı nitq hissəsini izah edir?
A) sifəti
B) zərfi
C) feli
D) ismi
E) əvəzliyi
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə - babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!" - m
B) M: "V!"
C) "V", - m
D) "V, - m, -v"
E) M: "V", - m
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top