Tapılan ümumi test sayı : 28

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerlərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 1, 2, 4
B) 3, 4
C) 2, 4, 5
D) 4, 5
E) 1, 3
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?"

Misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir.
A) epitet
B) metonimiya
C) təşbeh
D) mübaliğə
E) metafora
"Füyuzat" jurnalının redaktoru:
A) Həsən bəy Zərdabi
B) Ömər Faiq Nemanzadə
C) Əhməd bəy Ağaoğlu
D) Əli bəy Hüseynzdə
E) Məhəmməd Hadi
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edirdi. Hər nə olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Beyrək
B) Dirsə xan
C) Qazan xan
D) Bayandır xan
E) Dədə Qorqud
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
B) Saranın dilindən verilmişdir.
C) Janrına görə qoşmadır.
D) Ə.Cavadın "Səsli qız" poemasındandır.
E) Heca vəznindədir.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) S.Ə.Şirvani. "Aslan və iki öküz"
B) A.Bakıxanov. "Mişkatül-ənvar"
C) M.B.Xalxali. "Sələbiyyə"
D) B.Şirvani. "Töhfətül-əhbab"
E) M.Füzuli. "Söhbətül-əsmar"
Lirik növün janrları hansı sıradadır?
A) poema, povest, əfsanə
B) hekayə, təmsil, qəzəl
C) qoşma, rübai, gəraylı
D) qəsidə, roman, poema
E) təmsil, nağıl, təcnis
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) Qətran Təbrizi
B) Əfzələddin Xaqani
C) Mücirəddin Beyləqani
D) Məhsəti Gəncəvi
E) İzzəddin Şirvani
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) I, II
B) III, IV
C) I, III
D) II, IV
E) II, III
M.Hüseynin  "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) Həssas, iradəli və cəsarətli bir qadındır.
B) Müdhət haqqında qara xəbər aldıqdan özünü öldürmək istəyir.
C) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
D) Ailəsinə, ocağına sadiq bir qadındır.
E) Xəstəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Könül, doğru yoldan gəl olma kənar.
B) Doğru büdrəyər, amma yıxılmaz.
C) Doğruya zaval yoxdur, çəksələr min divana.
D) Doğru söz acı olar, nəticəsi şirin.
E) Uşaq anasına doğru can atırdı.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
B) Şahinin modeli yarışda birinci yeri tutdu.
C) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
D) Gözünü açanda gördü ki, dostları ətrafında dayanıb.
E) Ayaqları sözünə baxmadı, çamadanı yerə qoydu.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin.
A) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
B) -acaq qəti gələcək zaman şəkilçisidir.
C) Yan feli sözün köküdür.
D) -ıl məchul növün şəkilçisidir.
E) -dır icbar növün şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) çoxmənalı söz
B) antonim
C) təkmənalı söz
D) sinonim
E) omonim
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) şirindil uşaq
B) həmin tapşırıq
C) çoxlu məsələ
D) təcrübəli bağban
E) ipək köynək
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik - qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) təyin
B) zaman zərfliyi
C) mübtəda
D) xəbər
E) tamamlıq
Hansı fikir səhvdir?
A) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
B) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
C) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
D) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
E) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) məsdərlə
C) II növ təyini söz birləşməsi ilə
D) feli sifət tərkibi ilə
E) məsdər tərkibi ilə
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
 
A) müraciət
B) görüşmə
C) alqış
D) təbrik
E) ayrılma
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) ələm-nəşə
B) zəif-güclü
C) nainsaf-rəhmdil
D) sülh-müharibə
E) isti-soyuq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top