Tapılan ümumi test sayı : 28

"O" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil:
A) O, məğrur bir vəziyyət aldı.
B) O, sirri yenə də gizli saxladı.
C) O, səyahətdən yorulmayıb.
D) O, 19-cu dəstənin fəxridir.
E) O, oxumalı idi.
Mürəkkəb sözü göstərin:
A) ağ daş
B) dərs oxumaq
C) boşqab
D) günə baxan
E) Gəncə şəhəri
"Səmirə bəziləri kimi qorxaq deyil" cüməsində əvəzliyin hansı növü işlənmişdir?
A) şəxs
B) qeyri-müəyyən
C) işarə
D) təyini
E) qayıdış
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) məktəblilər
B) ovçuluq
C) gətirdilər
D) idarə
E) hərəkətsizlik
"Bizcə, bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) güman və şübhə
B) yəqinlik
C) nitqin hissələri arasında əlaqə
D) məlumatın mənbəyi
E) təəssüf
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) [p] - kar samitdir, cingiltili qarşılığı [b] samitidir.
B) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
C) [q] - cingiltilisamitdir,kar qarşılığı [x] samitidir.
D) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
E) Sözdə 2 sait, 3 samit səs vardır.
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) məişət
B) elmi
C) bədii
D) publisistik
E) rəsmi-işgüzar
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Ətrafına söz toplaya bilir.
B) Təsdiq və inkarda olur.
C) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
D) Zamana görə dəyişir.
E) Təsirli və təsirsiz olur.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top