Tapılan ümumi test sayı : 28

"O" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil:
A) O, oxumalı idi.
B) O, sirri yenə də gizli saxladı.
C) O, səyahətdən yorulmayıb.
D) O, 19-cu dəstənin fəxridir.
E) O, məğrur bir vəziyyət aldı.
Mürəkkəb sözü göstərin:
A) Gəncə şəhəri
B) günə baxan
C) dərs oxumaq
D) boşqab
E) ağ daş
"Səmirə bəziləri kimi qorxaq deyil" cüməsində əvəzliyin hansı növü işlənmişdir?
A) qayıdış
B) şəxs
C) işarə
D) qeyri-müəyyən
E) təyini
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) idarə
B) məktəblilər
C) ovçuluq
D) gətirdilər
E) hərəkətsizlik
"Bizcə, bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) təəssüf
B) yəqinlik
C) güman və şübhə
D) məlumatın mənbəyi
E) nitqin hissələri arasında əlaqə
"Papaq" sözünün fonetik təhlilində səhv haradadır?
A) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
B) [p] - kar samitdir, cingiltili qarşılığı [b] samitidir.
C) Sözdə 2 sait, 3 samit səs vardır.
D) [q] - cingiltilisamitdir,kar qarşılığı [x] samitidir.
E) İkihecalıdır, vurğu ikinci hecaya düşür.
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) elmi
B) publisistik
C) rəsmi-işgüzar
D) məişət
E) bədii
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Ətrafına söz toplaya bilir.
B) Təsdiq və inkarda olur.
C) Təsirli və təsirsiz olur.
D) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
E) Zamana görə dəyişir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top