Tapılan ümumi test sayı : 29

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 2, 4, 5
B) 1, 3
C) 4, 5
D) 1, 2, 4
E) 3, 4
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?" 
misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
 
A) metafora
B) epitet
C) mübaliğə
D) təşbeh
E) metonimiya
"Füyuzat" jurnalının redaktoru:
A) Əhməd bəy Ağaoğlu
B) Ömər Faiq Nemazadə
C) Əli bəy Hüseynzadə
D) Məhəmməd Hadi
E) Həsən bəy Zərdabi
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Qazan xan
B) Beyrək
C) Dirsə xan
D) Bayandır xan
E) Dədə Qorqud
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Saranın dilindən verilmişdir.
B) Heca vəznindədir.
C) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
D) Ə.Cavadın "Səsli qız" poemasındandır.
E) Janrına görə qoşmadır.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü sürəti dayanır:
A) S.Ə.Şirvani. "Aslan və iki öküz"
B) B.Şirvani. "Töhfətül-əhbab"
C) A.Bakıxanov. "Mişkatül-ənvar"
D) M.B.Xalxali. "Sələbiyyə"
E) M.Füzuli. "Söhbətül-əsmar"
Lirik növün janrları hansı sıradadır?
A) hekayə, təmsil, qəzəl
B) təmsil, nağıl, təcnis
C) poema, povest, əfsanə
D) qoşma, rübai, gəraylı
E) qəsidə, roman, poema
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) Əfzələddin Xaqani
B) Mücirəddin Beyləqani
C) Məhsəti Gəncəvi
D) Qətran Təbrizi
E) İzəddin Şirvani
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) III, IV
B) II, IV
C) I, II
D) II, III
E) I, III
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
B) Həssas, iradəli və cəsarətli bir qadındır.
C) Ailəsinə, ocağına sadiq bir qadındır.
D) Xəsəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
E) Müdhət haqqında qara xəbər aldıqdan sonra özünü öldürmək istəyir.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Könül, doğru yoldan gəl olma kənar.
B) Doğruya zaval yoxdur, çəksələr min divana.
C) Doğru büdrəyər, amma yıxılmaz.
D) Uşaq anasına doğru can atırdı.
E) Doğru söz acı olar.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
B) Şahinin modeli yarışda birinci yeri tutdu.
C) Gözünü açanda gördü ki, dostları ətrfında dayanıb.
D) Ayaqları sözünə baxadı, çamadanı yerə qoydu.
E) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) -dır icbar növün şəkilçisidir.
B) Yan feli sözün köküdür.
C) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
D) -acaq qəti gələcək zaman şəkilçisidir.
E) -ıl məchul növün şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) omonim
B) antonim
C) çoxmənalı söz
D) təkmənalı söz
E) sinonim
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) ipək köynək
B) çoxlu məsələ
C) təcrübəli bağban
D) həmin tapşırıq
E) şirindil uşaq
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik-qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) xəbər
B) mübtəda
C) təyin
D) tamamlıq
E) zaman zərfliyi
Hansı fikir səhvdir?
A) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
B) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
C) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
D) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
E) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) feli sifət tərkibi ilə
C) məsdərlə
D) isimlə
E) məsdər tərkibi iə
"Ömrün uzun osun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) təbrik
B) alqış
C) ayrılma
D) müraciət
E) görüşmə
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) ələm-nəşə
B) isti-soyuq
C) sülh-mübarizə
D) zəif-güclü
E) nainsaf-rəhmdil
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top