Tapılan ümumi test sayı : 29

"O" əvəzliyinidən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil?
A) O, səyahətdən yorulmayıb.
B) O, oxumalı idi.
C) O, məğrur bir vəziyyət aldı.
D) O, sirri yenə də gizli saxladı.
E) O, 19-cu dəstənin fəxridir.
Mürəkkəb sözü göstərin:
A) ağ daş
B) Gəncə şəhəri
C) boşqab
D) dərs oxumaq
E) günə baxan
"Səmirə bəziəri kimi qorxaq deyil" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) şəxs
B) qayıdış
C) qeyri-müəyyən
D) işarə
E) təyini
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) idarə
B) gətirdilər
C) ovçular
D) hərəkətsizlik
E) məktəblilər
"Bizcə, bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) təəssüf
B) yəqinlik
C) nitqin hissələri arasında əlaqə
D) güman və şübhə
E) məlumatın mənbəyi
"Papa" sözünün fonetik təhlilində səhv haradadır?
A) [q] - cingiltili samitdir, kar qarşılığı [x] samitidir.
B) [a] - qalın, açıq, dodaqlanmayan saitdir.
C) İkihecalıır, vurğu ikinci hecaya düşür.
D) [p] kar samitdir? cingiltili qarşılığı [b] samitidir.
E) Sözdə 2 sait, 3 samit səs vardır.
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) məişət
B) bədii
C) elmi
D) rəsmi-işgüzar
E) publisistik
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) məişət
B) rəsmi-işgüzar
C) bədii
D) elmi
E) publisistik
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Təsdiq və inkarda olur.
B) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
C) Təsirli və təsirsiz olur.
D) Ətrafına söz toplaya bilir.
E) Zamana görə dəyişir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top