Tapılan ümumi test sayı : 29

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 3, 4
B) 1, 2, 4
C) 1, 3
D) 4, 5
E) 2, 4, 5
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?" 
misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
 
A) metonimiya
B) metafora
C) mübaliğə
D) epitet
E) təşbeh
"Füyuzat" jurnalının redaktoru:
A) Əli bəy Hüseynzadə
B) Məhəmməd Hadi
C) Əhməd bəy Ağaoğlu
D) Ömər Faiq Nemazadə
E) Həsən bəy Zərdabi
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Dədə Qorqud
B) Dirsə xan
C) Beyrək
D) Qazan xan
E) Bayandır xan
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Janrına görə qoşmadır.
B) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
C) Ə.Cavadın "Səsli qız" poemasındandır.
D) Heca vəznindədir.
E) Saranın dilindən verilmişdir.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü sürəti dayanır:
A) B.Şirvani. "Töhfətül-əhbab"
B) A.Bakıxanov. "Mişkatül-ənvar"
C) M.Füzuli. "Söhbətül-əsmar"
D) M.B.Xalxali. "Sələbiyyə"
E) S.Ə.Şirvani. "Aslan və iki öküz"
Lirik növün janrları hansı sıradadır?
A) təmsil, nağıl, təcnis
B) qəsidə, roman, poema
C) qoşma, rübai, gəraylı
D) hekayə, təmsil, qəzəl
E) poema, povest, əfsanə
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) İzəddin Şirvani
B) Qətran Təbrizi
C) Mücirəddin Beyləqani
D) Məhsəti Gəncəvi
E) Əfzələddin Xaqani
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) III, IV
B) II, III
C) II, IV
D) I, III
E) I, II
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
B) Müdhət haqqında qara xəbər aldıqdan sonra özünü öldürmək istəyir.
C) Həssas, iradəli və cəsarətli bir qadındır.
D) Ailəsinə, ocağına sadiq bir qadındır.
E) Xəsəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Doğru büdrəyər, amma yıxılmaz.
B) Uşaq anasına doğru can atırdı.
C) Doğruya zaval yoxdur, çəksələr min divana.
D) Doğru söz acı olar.
E) Könül, doğru yoldan gəl olma kənar.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Gözünü açanda gördü ki, dostları ətrfında dayanıb.
B) Şahinin modeli yarışda birinci yeri tutdu.
C) Ayaqları sözünə baxadı, çamadanı yerə qoydu.
D) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
E) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) -acaq qəti gələcək zaman şəkilçisidir.
B) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
C) -ıl məchul növün şəkilçisidir.
D) Yan feli sözün köküdür.
E) -dır icbar növün şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) çoxmənalı söz
B) təkmənalı söz
C) sinonim
D) omonim
E) antonim
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) çoxlu məsələ
B) ipək köynək
C) şirindil uşaq
D) təcrübəli bağban
E) həmin tapşırıq
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik-qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) mübtəda
B) zaman zərfliyi
C) xəbər
D) tamamlıq
E) təyin
Hansı fikir səhvdir?
A) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
B) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
C) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
D) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
E) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) məsdər tərkibi iə
B) II növ təyini söz birləşməsi ilə
C) feli sifət tərkibi ilə
D) isimlə
E) məsdərlə
"Ömrün uzun osun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) ayrılma
B) görüşmə
C) müraciət
D) təbrik
E) alqış
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) sülh-mübarizə
B) ələm-nəşə
C) isti-soyuq
D) nainsaf-rəhmdil
E) zəif-güclü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top