Tapılan ümumi test sayı : 28
1)
Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
Xəta bildir
A)
Nizami. "İsgəndərnamə"
B)
Füzuli. "Rindü Zahid"
C)
Xətai. "Dəhnamə"
D)
Nizami. "Xosrov və Şirin"
E)
Füzuli. "Leyli və Məcnun"
2)
Beytlər şəklində olan şer janrları hansılardır?
Xəta bildir
A)
rübai, tuyuq, qitə
B)
bayatı, qəzəl, qitə
C)
qəzəl, qoşma, təcnis
D)
qəzəl, qəsidə, qitə
E)
məsnəvi, müxəmməs, qəzəl
3)
İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
Xəta bildir
A)
Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
B)
Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
C)
Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
D)
O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgiisi Rəşid bəyə qovuşa bilmir.
E)
Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
4)
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
Xəta bildir
A)
repressiya dövrünün günahsız qurbanları
B)
vətən məhəbbəti, torpağa bağlılıq
C)
cənub həsrəti
D)
insan və onun taleyi
E)
yeni həyatın tərənnümü
5)
"Əlimdə bir əsa, gözümdə çeşmək
Loğman tək gəzirəm vətən mülkünü".
Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
Xəta bildir
A)
metafora
B)
təşbeh
C)
epitet
D)
metonimiya
E)
simvol
6)
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
"- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir?"
Xəta bildir
A)
C.Məmmədquluzadə
B)
Ə.Ağaoğlu
C)
N.Nərimanov
D)
M.Ə.Rəsulzadə
E)
Ə.Hüseynzadə
7)
Ədəbi irsi 17 min beytlik şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasından və 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
Xəta bildir
A)
Əfzələddin Xaqani
B)
Nizami Gəncəvi
C)
Fələki Şirvani
D)
Qətran Təbrizi
E)
Məhsəti Gəncəvi
8)
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım"
Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanını hansı qəhrəmanı Salur Qazana deyir?
Xəta bildir
A)
Qaraca Çoban
B)
Beyrək
C)
Uruz
D)
Qaragünə
E)
Aruz
A)
"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
B)
"Hekayəti-xırs quldurbasan"
C)
"Mürafiə vəkillərinin hekayəti"
D)
"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
E)
"Hekayəti-Molla İbrahimxəlil kimyagər"
10)
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlar acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
Xəta bildir
A)
M.Müşfiq
B)
S.Vurğun
C)
A.İldırım
D)
Ə.Cavad
E)
H.Cavid
11)
Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
Xəta bildir
A)
Cümlədəki sözlərin sırasına görə
B)
Lüğət tərkibinin zənginliyinə görə
C)
Alınma sözlərin azlığına görə
D)
Morfoloji quruluşuna görə
E)
Türk dilləri ilə qohumluğuna görə
12)
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin:
Xəta bildir
A)
[ə] - incə, açıq, dodaqlanmayan saitdir.
B)
Vurğu ikinci hecaya düşür.
C)
Samitlərin üçü də kardır.
D)
5 hərf, 5 səsdən ibarətdir.
E)
Sözün hecaları: xəs-tə.
13)
"Mənim əlim " söz birləşməsinin tərəflərinin qəbul etdiyi
-im şəkilçiləri bir-birindən nə ilə fərqlənir?
Xəta bildir
A)
Heç nə ilə
B)
Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilçisidir.
C)
Hər iki tərəfdəki mənsubiyyət şəkilçisidir.
D)
Birinci tərəfdəki mənsubiyyət, ikinci tərəfdəki hal şəkilçisidir.
E)
Hər iki tərəfdəki hal şəkilçisidir.
14)
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
Xəta bildir
A)
"əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
B)
bağlayıcı ilə
C)
bağlayıcı sözlə
D)
-sa2 şəkilçisi ilə
E)
ədatla
15)
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
Xəta bildir
A)
yaz -sözün kökü, fel
B)
-malı -felin vacib şəklinin şəkilçisi
C)
-mış -felin nəqli keçmiş zaman şəkilçisi
D)
-yam -şəxs şəkilçisi
E)
məlum növdədir
16)
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşməəindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
Xəta bildir
A)
sinonim
B)
omonim
C)
təkmənalı söz
D)
antonim
E)
çoxmənalı söz
17)
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
Xəta bildir
A)
O işləmir, oxuyur.
B)
O da bizim günümüzdədir.
C)
O gün gələcək.
D)
O artıq düzəlir.
E)
O işdən birbaşa evə gəlir.
18)
Feli siifətə dair səhv fikiri göstərin.
Xəta bildir
A)
Feli sifət isimləşə bilmir.
B)
Cümlədə ən çox təyin vəzifəsində işlənir.
C)
Təsdiq və inkar, təsirli və təsirsiz olur.
D)
Aid olduğu ismin əvvəlində gəlir.
E)
Həm felin, həm də siftin əlamətlərini daşıyır.
19)
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim .
Xəta bildir
A)
1-ci, 3-cü
B)
1-ci, 2-ci
C)
2-ci, 3-cü
D)
2-ci, 4-cü
E)
3-cü, 4-cü
20)
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
Xəta bildir
A)
isimlə
B)
feli sifət tərkibi ilə
C)
II növ təyini söz birləşməsi ilə
D)
məsdərlə
E)
məsdər tərkibi ilə
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab