Tapılan ümumi test sayı : 28

Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) sən, öz, heç kəs
B) bütün, mən, bu
C) hər, ora, heç kim
D) bütün, öz, hər
E) o, bütün, kim
Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin.
A) böyük-iri
B) rütbə-çin
C) dairə-çevrə
D) istedad-bacarıq
E) dünya-aləm
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) idmançıların biri, onların arzusu
B) əli silahlı, beli kəmərli
C) qol saatı, cib dəftərçəsi
D) asılı tərəf, bürkülü hava
E) səpin yeri, alın yazısı
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) vəkil
B) kitab
C) çinar
D) məna
E) Südabə
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) güman və şübhə
B) təəssüf
C) yəqinlik
D) nitqin hissələri arasında əlaqə
E) məlumatın mənbəyi
Hansı cümlədə qoşma işlənmişdir?
A) Qarşı səkidə çoxlu adam dayanmışdı.
B) Heç vaxt onu tək buraxmazdıq.
C) Nazir jurnalistlərə əlavə məlumat verdi.
D) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
E) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 3, 4
B) 1, 2, 5
C) 4, 5
D) 1, 6
E) 2, 3, 4
Biri işgüzar sənədlərə daxil deyil:
A) arayış
B) əmr
C) protokol
D) tərcümeyi-hal
E) elan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top