Tapılan ümumi test sayı : 28

Ana dilimizdə yazılmış bu əsərlərdən birinin giriş hissəsində baharın təsviri verilir:
A) Füzuli. "Rindü Zahid"
B) Füzuli. "Leyli və Məcnun"
C) Xətai. "Dəhnamə"
D) Nizami. "Xosrov və Şirin"
E) Nizami. "İsgəndərnamə"
Beytlər şəklində olan şer janrları hansılardır?
A) məsnəvi, müxəmməs, qəzəl
B) qəzəl, qəsidə, qitə
C) rübai, tuyuq, qitə
D) bayatı, qəzəl, qitə
E) qəzəl, qoşma, təcnis
İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım"  hekayəsində Səadət xanım obrazı ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Səadət xanımı yaşca özündən xeyli kiçik bir adama ərə vermək istəyirlər.
B) Müəllif Səadət xanımın simasında yeni fikirli gəncliyin nəcib insani xüsusiyyətlərini canlandırır.
C) Səadət xanım qulluqçusu Şamaha səmimi və mehriban münasibət bəsləyir.
D) Öz məhəbbətində vəfalı olan Səadət xanım romantik ruhlu, həssas, insanpərvər bir qızdır.
E) O, tək və arxasız olduğu üçün qarşısındakı maneələri yarıb sevgiisi Rəşid bəyə qovuşa bilmir.
Rəsul Rzanın 60-70-ci illər lirikasının əsas və səciyyəvi mövzusu:
A) insan və onun taleyi
B) yeni həyatın tərənnümü
C) repressiya dövrünün  günahsız qurbanları
D) vətən məhəbbəti, torpağa bağlılıq
E) cənub həsrəti
"Əlimdə bir əsa, gözümdə çeşmək
Loğman tək gəzirəm vətən mülkünü".

Bu misralarda hansı bədii təsvir vasitəsi vardır?
A) metonimiya
B) təşbeh
C) simvol
D) metafora
E) epitet
Aşağıdakı nümunə hansı sənətkarın əsərindəndir?
"- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir?"
A) N.Nərimanov
B) M.Ə.Rəsulzadə
C) C.Məmmədquluzadə
D) Ə.Ağaoğlu
E) Ə.Hüseynzadə
Ədəbi irsi 17 min beytlik şer "Divan"ından, "Töhfətül-İraqeyn" poemasından və 60-dan çox bədii nəsr nümunələrindən - məktublardan ibarət olan Azərbaycan şairi:
A) Nizami Gəncəvi
B) Qətran Təbrizi
C) Məhsəti Gəncəvi
D) Fələki Şirvani
E) Əfzələddin Xaqani
"Qonur atın vergil mana,
Altmış tutam göndərini vergil mana,
Ap-alaca qalxanını vergil mana...
Kafirə mən varayım"

Bu sözləri "Kitabi-Dədə Qorqud" dastanını hansı qəhrəmanı Salur Qazana deyir?
A) Qaraca Çoban
B) Aruz
C) Qaragünə
D) Beyrək
E) Uruz
M.F.Axundzadənin axırıncı komediyası:
A) "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
B) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
C) "Hekayəti-xırs quldurbasan"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
Şerin müəllifi kimdir?
Zirvəndə oynaşan rüzgarlar acı,
İllərdir görünməz başının tacı,
Anlat ki, dərdinin nədir əlacı,
Nədir bu dumandan tüllər, a dağlar?!
A) S.Vurğun
B) M.Müşfiq
C) H.Cavid
D) Ə.Cavad
E) A.İldırım
Azərbaycan dili hansı xüsusiyyətinə görə iltisaqi dillərə daxildir?
A) Alınma sözlərin azlığına görə
B) Türk dilləri ilə qohumluğuna görə
C) Lüğət tərkibinin zənginliyinə görə
D) Cümlədəki sözlərin sırasına görə
E) Morfoloji quruluşuna görə
"Xəstə" sözünün fonetik təhlilindəki səhvi göstərin:
A) Samitlərin üçü də kardır.
B) [ə] - incə, açıq, dodaqlanmayan saitdir.
C) Sözün hecaları: xəs-tə.
D) Vurğu ikinci hecaya düşür.
E) 5 hərf, 5 səsdən ibarətdir.
"Mənim əlim" söz birləşməsinin tərəflərinin qəbul etdiyi
-im şəkilçiləri bir-birindən nə ilə fərqlənir?
A) Birinci tərəfdəki hal, ikinci tərəfdəki mənsubiyyət şəkilçisidir.
B) Hər iki tərəfdəki mənsubiyyət şəkilçisidir.
C) Birinci tərəfdəki mənsubiyyət, ikinci tərəfdəki hal şəkilçisidir.
D) Heç nə ilə
E) Hər iki tərəfdəki hal şəkilçisidir.
Şərt budaq cümləli tabeli mürəkkəb cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Əgər biz düşmənə vaxtında cavab versəydik, bu gün belə böyük bəlalarla üzləşməzdik.
A) ədatla
B) bağlayıcı sözlə
C) -sa2 şəkilçisi ilə
D) "əgər" bağlayıcısı və -sa2 şəkilçisi ilə
E) bağlayıcı ilə
"Yazmalıyammış" sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -mış-felin nəqli keçmiş zaman şəkilçisi
B) -malı-felin vacib şəklinin şəkilçisi
C) -yam-şəxs şəkilçisi
D) məlum növdədir
E) yaz-sözün kökü, fel
"Quşun qanadı" və "təyyarənin qanadı" birləşməəindəki "qanad" sözü aşağıdakılardan hansına aiddir?
A) omonim
B) çoxmənalı söz
C) antonim
D) təkmənalı söz
E) sinonim
"O" əvəzliyindən sonra hansı cümlədə vergül qoyula bilər?
A) O da bizim günümüzdədir.
B) O işdən birbaşa evə gəlir.
C) O işləmir, oxuyur.
D) O gün gələcək.
E) O artıq düzəlir.
Feli siifətə dair səhv fikiri göstərin.
A) Həm felin, həm də siftin əlamətlərini daşıyır.
B) Aid olduğu ismin əvvəlində gəlir.
C) Təsdiq və inkar, təsirli və təsirsiz olur.
D) Cümlədə ən çox təyin vəzifəsində işlənir.
E) Feli sifət isimləşə bilmir.
Şerdə hansı misralarda ön şəkilçili söz vardır?
Bivəfanın, müxənnətin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim
.
A) 1-ci, 2-ci
B) 3-cü, 4-cü
C) 2-ci, 3-cü
D) 1-ci, 3-cü
E) 2-ci, 4-cü
"Qonaqları şam süfrəsi arxasında əyləşməyə dəvət etdilər" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) isimlə
C) feli sifət tərkibi ilə
D) məsdərlə
E) məsdər tərkibi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top