Tapılan ümumi test sayı : 28

Yalnız təyini əvəzliklərdən ibarət cərgəni göstərin.
A) hər, ora, heç kim
B) bütün, öz, hər
C) o, bütün, kim
D) bütün, mən, bu
E) sən, öz, heç kəs
Əsl Azərbaycan sözlərindən ibarət olan sinonimləri göstərin.
A) böyük-iri
B) istedad-bacarıq
C) dairə-çevrə
D) dünya-aləm
E) rütbə-çin
III növ təyini söz birləşmələri hansı sıradadır?
A) qol saatı, cib dəftərçəsi
B) idmançıların biri, onların arzusu
C) əli silahlı, beli kəmərli
D) səpin yeri, alın yazısı
E) asılı tərəf, bürkülü hava
Ahəng qanunu hansı sözdə pozulmamışdır?
A) çinar
B) Südabə
C) kitab
D) vəkil
E) məna
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) nitqin hissələri arasında əlaqə
B) güman və şübhə
C) yəqinlik
D) məlumatın mənbəyi
E) təəssüf
Hansı cümlədə qoşma işlənmişdir?
A) Düşmənə qarşı mübarizədə birlik lazımdır.
B) Nazir jurnalistlərə əlavə məlumat verdi.
C) Heç vaxt onu tək buraxmazdıq.
D) Digər tərəfin də rəyini öyrənmək lazımdır.
E) Qarşı səkidə çoxlu adam dayanmışdı.
Müraciət etiketlərini göstərin:
1. Xanım!
2. Salam!
3. Əlvida!
4. Mübarək!
5. Var ol!
6. Cənab!
A) 1, 6
B) 1, 2, 5
C) 3, 4
D) 4, 5
E) 2, 3, 4
Biri işgüzar sənədlərə daxil deyil:
A) əmr
B) protokol
C) elan
D) arayış
E) tərcümeyi-hal
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top