Tapılan ümumi test sayı : 26

Ağıllı, ədalətli və igid hökmdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır və ölkənin idarəsi unudulur.
Bu sözlər N.Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) İsgəndəri
B) Bəhramı
C) Xosrovu
D) Hörmüzü
E) Şirini
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
B) Hər iki şer bəndlər şəklindədir.
C) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
D) Hər iki şer beşlik formasında, heca vəznindədir.
E) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Nəsrəddin şah"
B) "Od gəlini"
C) "Dönüş"
D) "Oqtay Eloğlu"
E) "Sevil"
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min mənim boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Heydər bəy (M.F.Axundzadə)
B) Vəli xan (C.Məmmədquluzadə)
C) Mirzə Səfər (Ə.Haqverdiyev)
D) Usta Zeynal(C.Məmmədquluzadə)
E) Novruzəli (C.Məmmədquluzadə)
Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdrilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatğıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 1, 3, 5
B) 1, 2, 5
C) 1, 4, 5
D) 2, 3
E) 1, 2, 4
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) qitə
B) rübai
C) müxəmməs
D) mürəbbe
E) qəsidə
"Bax" qəzəlinin müəllifi:
A) İmadəddin Nəsimi
B) Şah İsmayıl Xətai
C) Molla Vəli Vidadi
D) Məhəmməd Füzuli
E) Molla Pənah Vaqif
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
B) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
C) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona",  "Məktubatı-Şeyda bəy Şirvani"
D) "Səəbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
E) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülü,
Sənin qəlbin əsmədi... (B.Vahabzadə)
Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir?
1. kinayə                  2. təzad                   3. bədii sual
4. mübaliğə              5. litota
A) 2, 4
B) 1, 3
C) 3, 5
D) 2, 5
E) 1, 4
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar               2. əsatirlər                 3. laylalar         
4. nağıllar                 5. oxşamalar
A) 3, 4, 5
B) 1, 3, 5
C) 1, 3, 4
D) 1, 2, 5
E) 2, 3, 4
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) yorğun
B) yoluxmaq
C) qiraət
D) meydança
E) nəsimişünas
Səhv fikir hansıdır?
A) Təsirlik hada olan sözlər cümlənin xəbəri ola bilməz.
B) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız zərfliyi və tamamlığı ola bilirlər.
C) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
D) Qeyri-müəyyən yiyəlik hal ayrıldıqda heç bir cümlə üzvü ola bilməz.
E) Mübtəda ancaq adlıq halda ola bilər.
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) asta, bu gün, qəfildən
B) bərkdən, sonra, yavaşca
C) dünən, xeyli, əlüstü
D) həmişə, indi, çoxdan
E) yuxarı, istidən, axşam
"Xəstələnməyən adam" birəşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşdur?
A) feli sifətlə
B) məsdərlə
C) isimlə
D) sifətlə
E) feli bağlama ilə
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Süfrəyə isti çörək gətirdilər.
B) Babamın söhbətləri çox maraqlıdır.
C) Quyunun suyu günbəgün azalırdı.
D) Balıqçılar qayığa mindilər.
E) Sürücülər arasında mübahisə gedirdi.
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla biməz:
A) dialoji nitq şəklində olması
B) intonasiya, jest-hərəkət-mimika
C) daha çox bütöv cümlələrdən istifadə
D) yığcamlıq
E) sərbəstlik
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəllimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 1, 4, 5
B) 2, 3
C) 2, 4
D) 3, 5
E) 1, 5
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik və qrammatik
B) leksik və fonetik
C) fonetik
D) leksik
E) qrammatik
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) qoşma
B) nida
C) modal söz
D) sifət
E) ədat
"Demişdim" felində "-di" nədir?
A) "idi" hissəciyinin qısaldılmışı
B) nəqli keçmiş zaman şəkilçisi
C) xəbər şəklinin şəkilçisi
D) "-dir" şəkilçisinin tələffüz variantı
E) şühudi keçmiş zaman şəkilçisi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top