Tapılan ümumi test sayı : 26

Sözlərdən biri quruluşca sadədir:
A) təbii
B) əxlaqi
C) ailəvi
D) tibbi
E) elmi
"Qoyun sözümü deyim də!" cümləsinin morfoloji təhlilindəki yol verilmiş səhvi göstərin.
A) "qoyun" sözü əmr ədatıdır.
B) Cümlədə iki ədat işlənmişdir.
C) "deyim" sözü felin əmr şəklindədir.
D) "sözümü" - bu sözdə həm mənsubiyyət, həm də hal şəkilçisi işlənib.
E) "deyim" sözündəki "-im" mənsubiyyət şəkilçisidir.
Biz gündəlik nitqimizdə əsasən, hansı sözlərdən istifadə edirik?
A) neologizmlərdən
B) ümumişlək sözlərdən
C) terminlərdən
D) dialekt sözlərdən
E) alınma sözlərdən
Hansı xüsusiyyət sabit söz birləşmələrinə aid edilə bilməz?
A) təhlil zamanı bütöv götürülür.
B) leksik vahid sayılır.
C) onları əmələ gətirən sözlər ilkin mənalarından uzaqlaşır;
D) onların qarşılığını bir sözlə ifadə etmək olmur.
E) vahid məna bildirir;
Onu nahaq yerə gözdən salıblar" cümləsinin növünü müəyyənləşdirin:
A) adlıq cümlə
B) ümumi şəxli cümlə
C) cüttərkibli cümlə
D) qeyri-müəyyən şəxsli cümlə
E) şəxssiz cümlə
"Tüstü" sözünün fonetik təhlilindəki səhvləri göstərin:
1. 5 səs, 5 hərfdən ibarətdir.
2. İkihecalı sözdür, vurğu birinci hecaya düşür.
3. iki incə, dodaqlanan, qapalı sait işlənmişdir.
4. Sözdə üç kar samit səs işlənmişdir.
5. Ahəng qanunu gözlənilmişdir.
A) 2, 4
B) 4, 5
C) 1, 5
D) 2, 3
E) 1, 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top