Tapılan ümumi test sayı : 26

Ağıllı, ədalətli və igid hökmdardır. Ölkədə aclıq olarkən, dövlət xəzinəsini açaraq xalqa kömək edir. Lakin sonralar başı bir müddət eyş-işrətə qarışır və ölkənin idarəsi unudulur.
Bu sözlər N.Gəncəvinin hansı qəhrəmanını səciyyələndirir?
A) İsgəndəri
B) Bəhramı
C) Şirini
D) Hörmüzü
E) Xosrovu
S.Vurğunun "Azərbaycan" və S.Rüstəmin "Təbrizim" şerlərinin ortaq cəhətləri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Hər iki şer lirik-emosional üslubda, obyektə müraciətlə yazılmışdır.
B) Hər iki şerdə bütöv Azərbaycan idealından söhbət gedir.
C) Hər iki şer bəndlər şəklindədir.
D) Hər iki şerdə bəndlərin qafiyə quruluşu eynidir.
E) Hər iki şer beşlik formasında, heca vəznindədir.
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Nəsrəddin şah"
B) "Sevil"
C) "Oqtay Eloğlu"
D) "Od gəlini"
E) "Dönüş"
"-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
-Bəs elə isə gəl min mənim boynuma.
Neyləyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağız hazır olar apararsan".
Bu sözləri deyən obraz kimdir?
A) Mirzə Səfər (Ə.Haqverdiyev)
B) Novruzəli (C.Məmmədquluzadə)
C) Usta Zeynal(C.Məmmədquluzadə)
D) Heydər bəy (M.F.Axundzadə)
E) Vəli xan (C.Məmmədquluzadə)
Q.Zakirin "Durnalar" əsəri haqqında düzgün olan fikirləri seçin:
1. Qoşmada qürbət sıxıntısı, vətən həsrəti təsirli bir dillə əks etdrilib.
2. "Durnalar" mövzusunda yazılan digər qoşmalardan fərqli olaraq, bu əsərdə ictimai məzmun daha güclüdür.
3. Şair "Laçın yatğıdır bizim məkanlar" deməklə yurdunun mərdlər diyarı olmasını nəzərdə tutur.
4. Əsər qoşma janrında yazılmışdır.
5. Bu şeri Q.Zakir M.F.Axundzadəyə müraciətlə yazmış və ağır həbsxana şəraitindən şikayətlənmişdir.
A) 1, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 4
D) 2, 3
E) 1, 2, 5
Qafiyə quruluşuna görə qəzəllə eyni olan şer növü hansıdır?
A) mürəbbe
B) rübai
C) müxəmməs
D) qəsidə
E) qitə
"Bax" qəzəlinin müəllifi:
A) Molla Vəli Vidadi
B) Şah İsmayıl Xətai
C) İmadəddin Nəsimi
D) Məhəmməd Füzuli
E) Molla Pənah Vaqif
XIX əsrin sonlarında yaranmış bədii nəsr əsərlərini göstərin:
A) "Poçt qutusu", "Qurbanəli bəy", "Usta Zeynal"
B) "Danabaş kəndinin əhvalatları", "Bahadır və Sona",  "Məktubatı-Şeyda bəy Şirvani"
C) "Səəbiyyə", "Pir", "İnsanların tarixi faciələri"
D) "Kitabi-Əsgəriyyə", "Rəşid bəy və Səadət xanım", "Aldanmış kəvakib"
E) "Müsibəti-Fəxrəddin", "Dağılan tifaq", "Nadir şah"
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülü,
Sənin qəlbin əsmədi... (B.Vahabzadə)
Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir?
1. kinayə                  2. təzad                   3. bədii sual
4. mübaliğə              5. litota
A) 1, 3
B) 2, 5
C) 3, 5
D) 1, 4
E) 2, 4
Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
1. mahnılar               2. əsatirlər                 3. laylalar         
4. nağıllar                 5. oxşamalar
A) 3, 4, 5
B) 1, 3, 5
C) 1, 3, 4
D) 2, 3, 4
E) 1, 2, 5
Aşağıdakı sözlərdən hansının tərkibində ancaq dodaqlanan saitlər iştirak edir?
A) yorğun
B) qiraət
C) meydança
D) nəsimişünas
E) yoluxmaq
Səhv fikir hansıdır?
A) Yerlik halda olan söz qoşmalarla işlənə bilmir.
B) Təsirlik hada olan sözlər cümlənin xəbəri ola bilməz.
C) Mübtəda ancaq adlıq halda ola bilər.
D) Qeyri-müəyyən yiyəlik hal ayrıldıqda heç bir cümlə üzvü ola bilməz.
E) Yerlik və çıxışlıq halda olan isimlər cümlənin yalnız zərfliyi və tamamlığı ola bilirlər.
Zaman zərflərindən ibarət cərgəni göstərin:
A) yuxarı, istidən, axşam
B) həmişə, indi, çoxdan
C) asta, bu gün, qəfildən
D) dünən, xeyli, əlüstü
E) bərkdən, sonra, yavaşca
"Xəstələnməyən adam" birəşməsinin asılı tərəfi nə ilə ifadə olunmuşdur?
A) feli sifətlə
B) sifətlə
C) feli bağlama ilə
D) məsdərlə
E) isimlə
Hansı cümlənin xəbərinin deyilişi yazılışından fərqlənir?
A) Süfrəyə isti çörək gətirdilər.
B) Sürücülər arasında mübahisə gedirdi.
C) Quyunun suyu günbəgün azalırdı.
D) Babamın söhbətləri çox maraqlıdır.
E) Balıqçılar qayığa mindilər.
Aşağıdakılardan biri məişət üslubunun əlamətlərindən sayıla biməz:
A) dialoji nitq şəklində olması
B) intonasiya, jest-hərəkət-mimika
C) sərbəstlik
D) daha çox bütöv cümlələrdən istifadə
E) yığcamlıq
Mürəkkəb yer zərfliyi işlənmiş cümlələri göstərin:
1. Dayımgil Cəlilabadda yaşayır.
2. Gündəliyim Həsən müəllimdə qalmışdı.
3. Bağımız dəniz kənarında yerləşir.
4. Kənd yerində yaşayan bunu bilməz.
5. Təzə evlər Babək prospektində yerləşir.
A) 1, 5
B) 2, 3
C) 2, 4
D) 1, 4, 5
E) 3, 5
"Zülmə adət etmiş xalq Yusif Sərraca qarşı üsyan qaldırdılar" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik və qrammatik
B) fonetik
C) leksik və fonetik
D) qrammatik
E) leksik
Sözlərin və ya cümlələrin təsir gücünü artıran nitq hissəsi:
A) ədat
B) qoşma
C) sifət
D) modal söz
E) nida
"Demişdim" felində "-di" nədir?
A) şühudi keçmiş zaman şəkilçisi
B) "-dir" şəkilçisinin tələffüz variantı
C) xəbər şəklinin şəkilçisi
D) nəqli keçmiş zaman şəkilçisi
E) "idi" hissəciyinin qısaldılmışı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top